çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

"Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur" - Vüqar Rəhimzadə

Image


Son sorğuların nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir. Dövlətimizin başçısına böyük etimadı şərtləndirən amillər müdrik və uzaqgörən siyasət yürütməsi, Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutması, milli maraqlarımızı qətiyyətlə və prinsipiallıqla müdafiə etməsi, öz gücünü xalqdan alması, ona güvənməsi, xalqın iradəsini ifadə etməsi və xalqın ona olan sonsuz etimadı, qətiyyətli Lider xüsusiyyətləri, güclü Lider kimi həm ölkəmizdə, həm də dünyada böyük nüfuz sahibi olmasıdır.

Eyni zamanda, Azərbaycanın hərtərəfli inkişafı, güclü iqtisadiyyata, orduya malik, özü-özünü təmin edən ölkəyə çevrilməsi, Cənubi Qafqazın aparıcı dövləti, qlobal səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik, müstəqil siyasət yürüdən ölkə statusu qazanması və yüksək beynəlxalq nüfuza malik olması, Vətən müharibəsində tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi, dünyada münaqişələrin, qarşıdurmaların daha da artdığı bir dövrdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin yüksık səviyyədə təmin olunması və sairdir.

Qeyd etdiyimiz amillərin fonunda bu reallıq bir daha təsdiqlənir ki, hər bir ölkənin inkişafında, sabaha böyük inamla addımlamasında Lider amili və onun müəyyənləşdirdiyi düzgün siyasət, inkişaf strategiyası dayanır. Məsələyə məhz bu kontekstdən yanaşdıqda Azərbaycanın xoşbəxt ölkələr sırasında yer almasını aydın şəkildə görmək mümkündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu mühüm uğurlarla, zəfərlərlə xarakterizə olunur. Düşünülmüş və gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan müstəqil dövlət kimi varlığını, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi, ədalətin, beynəlxalq hüququn yanında olduğunu qətiyyətli mövqeyi, müstəqil siyasəti ilə sübut etdi və bu inamı hər zaman ifadə etdi ki, ədalət gec-tez zəfər çalacaq. Bu gün Azərbaycan qazandığı zəfərlərlə, onun yaratdığı reallıqlarla dünyanın diqqət mərkəzindədir. Yeni dünya nizamının formalaşdığı, həmçinin yeni iqtisadi və sosial çağırışların, texnoloji gündəliyin, iqlim dəyişmələrinin yaratdığı problemlərin, dünyanın xarici siyasət gündəliyinin və sair kimi biri-birindən mühüm məsələlərin Azərbaycanda müzakirə edildiyi bir zamanda ölkəmizin mövqeyinə, yanaşmalarına xüsusi önəm verilməsi Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modelinin təqdimatıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin sistemli və ardıcıl strateji kursu ölkəmizin hərtərəfli inkişafını təmin edir. İnsan amilinə, vətəndaş məmnunluğunun təmin edilməsinə verilən önəm Prezident-xalq birliyinin, həmrəyliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu reallığı hər zaman böyük qürur hissi ilə, əminliklə qeyd edirik ki, əgər Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirərək Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi qoruyub daimi və sarsılmaz etmişdirsə, Prezident İlham Əliyev bu müstəqilliyi daha da möhkəmləndirdi, ölkəmizi regionun lider dövlətinə çevirdi, Azərbaycanın dünya siyasətində rolunu və mövqeyini möhkəmləndirdi, adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazdırdı. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin gördüyü nəhəng işlərin təqdimatıdır. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində ona ünvanlanan “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapir. Belə ki, dövlətimizin başçısı cavabında qeyd etmişdi ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Bu əminliyi də ifadə etmişdi ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir vədinin əməldə öz təsdiqini tapması ötən illərin reallıqlarıdır. Son 22 ildən artıq dövrdə ölkədə keçirilən 2008, 2013, 2018 və 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi xalqın öz Prezidentinə sonsuz inamının, etimadının göstəricisidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı yeni reallıqlar fonunda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərasisində keçirilən 2024-cü il prezident seçkiləri dövlət başçısının 2003-2023-cü illərdə verdiyi hər bir vədinin əməli fəaliyyəti ilə doğrultduğunun nümayişi oldu. Ümummilli Lider Heydər Əliyev xalqa müraciət edərkən cənab İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük inam bəslədiyini, axıra çatdıra bilmədiyi işləri Onun axıra çatdıracağına əminliyini ifadə etmişdi. Elə də oldu. Azərbaycanı bütün sahələrdə uğurla inkişaf etdirən, haqq səsimizi ən yüksək tribunalardan bütün dünyaya bəyan edən, ordumuzu Qələbəyə hazırlayan Prezident, Ali Baş Komandan İlham Əliyevin “Nəyi necə və nə zaman etmək lazımdır bilirəm” çağırışı addım-addım hədəflərə doğru irəliləməyin və zamanında onlara nail olmağın təqdimatı, ən əsası yol xəritəsi oldu. Azərbaycan gücləndi, qüdrətləndi, torpaqlarımızı işğaldan azad etmək imkanlarına malik ordu formalaşdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və sonda tarixi Zəfərə imza atıldı. Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı, makroiqtisadi sabitlik təmin edildi, enerji diplomatiyasının uğurları fonunda iqtisadiyyatın şaxələndirilməsinə nail olundu, həyata keçirilən Dövlət proqramları bütün bölgələrin hərtərəfli, tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açdı. Dövlət başçısının milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslandı.

Milli Məclisin deputatı bildirib ki, iqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu gün artıq regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan ən mühüm üstünlüyü olan coğrafi mövqeyindən səmərəli istifadə edərək yeni körpülər qurmaqla, müasir infrastruktur layihələri icra etməklə ölkələri, xalqları birləşdirən körpü roluna yeni əlavələr edir. Prezident İlham Əliyevin çağırışlarında bu məqam xüsusi vurğulanır ki, biz yeni körpülər qurmalıyıq.

Şübhəsiz ki, Azərbaycanın qazandığı uğurları, Prezident İlham Əliyevin bütün sahələrin kompleks inkişafını özündə ehtiva edən inkişaf strategiyasının nailiyyətlərini, qarşıdakı dövrün hədəflərini və onlara çatmağın yollarını özündə birləşdirən Dövlət proqramlarının, Milli Prioritetlərin xronologiyasını bir yazıda əhatə etmək çətindir. Atılan hər bir addım tarixi Zəfərə, suverenliyimizin bərpasına hədəfləndi, hazırkı dövrdə isə azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının icrası prioritetdir. Azad Qarabağda və azad Şərqi Zəngəzurda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda bu torpaqlarımız təkmil dirçəliş modelini dünyaya təqdim edir. Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər tarixi hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Artıq paytaxt Bakı ilə yanaşı, azad edilmiş torpaqlarımız diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycanın COP29 iqlim konfransının ardınca Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir sahədə qazandığı təcrübənin, beynəlxalq münasibətlər sistemində artan rolunun, nüfuzunun göstəricisidir. Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Prezident İlham Əliyevin regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq miqyasda təqdir edilir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqının Liderinə sevgisi, inamı, etimadı sonsuzdur. Prezident İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi, bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Dövlət başçısı, həmçinin bildirir ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ