ABŞ prezidenti Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna lideri Zelenski ilə görüşüb və bir sıra əhəmiyyətli açıqlamalar verib. Tramp Vaşinqtonun “Patriot” hava hücumundan müdafiə sisteminin istehsal lisenziyasını Kiyevə verə biləcəyini təsdiqləyib və bütün lazımi təlimatları verəcəyinə söz verib.
Onun sözlərinə görə, bu, Ukraynaya "qısa müddətdə" raket istehsalını qurmağa imkan verəcək.
"Son həftələrdə münaqişənin həllində irəliləyiş" olduğunu qeyd edən Tramp, Rusiyanın hərbi gücünü də etiraf edib. Amerika lideri bildirib ki, ABŞ Ukraynada nizamlanma üçün heç bir son tarix müəyyən etmir.
Danışıqlarda müzakirə olunan digər mövzular arasında sülh müqaviləsi bağlanacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətləri və ABŞ qüvvələri tərəfindən mümkün "hava məkanının bağlanması" da yer alıb.
Amerika lideri həmçinin bu gün Vladimir Putinlə şəxsən danışmaq niyyətində olduğunu da açıqlayıb.
Tahir TAĞIYEV