Ankaraya gəldikdən sonra Tramp Qrenlandiyanın Danimarka deyil, ABŞ-ın nəzarəti altında olmalı olduğunu bəyan edib. Elə həmin axşam Danimarkanın Baş naziri Mette Frederiksen Danimarkanın öz ərazisini müdafiə etməyə hazır olduğunu deyib.
"Qrenlandiya satılmır və ümid edirik ki, müttəfiqlərimiz də daxil olmaqla hər kəs bunu başa düşür"- deyən Danimarka hökumətinin başçısı ABŞ-ın Qrenlandiya xalqının Danimarkanın bir hissəsi olaraq qalmaq iradəsini nəzərə alacağına ümid etdiyini bildirib, eyni zamanda Danimarkanın lazım gələrsə özünü müdafiə etməyə hazır olduğunu vurğulayıb.
"Biz NATO ərazimizin hər qarışını, o cümlədən öz ərazimizi müdafiə etməyə hazırıq. Bu arada, illər əvvəl NATO-nu yaratmağımızın səbəblərindən biri də alyansın bir üzvünə bir şey baş verərsə, digərlərinin hamısının onu dəstəkləməsi fikri idi", - Mette Fredriksen bildirib.
O həmçinin xatırladıb ki, NATO-nun Vaşinqton Müqaviləsinin 5-ci maddəsi terror hücumuna məruz qaldıqda ABŞ-ın xeyrinə işləyib.
SAMİRƏ