ABŞ prezidenti Donald Tramp Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində təşkilatın baş katibi Mark Rutte ilə görüşü zamanı İspaniyanı sərt tənqid edib.
İspaniyanın NATO daxilində nə məsuliyyət daşıdığını, nə də pul ayırdığını iddia edən Tramp Madridlə ticarəti dərhal dayandıracağın bəyan edib.
"İspaniya NATO-da pis tərəfdaşdır. Onlarla heç nə etmək istəmirəm. Artıq onları çiyinlərimizdə daşımamalıyıq. İspaniyadan heç razı deyiləm. İspaniya ilə ticarəti dərhal dayandıracağam, onlarla danışmayacağam belə. Çünki hamı məsuliyyəti öz üzərinə götürür, əlini daşın altına qoyur, amma İspaniya heç pul ödəmir. Amma indi deyəcəklər ki, "Sizinlə ticarət etmək istəyirik, bizim üçün ticarət yollarını açın", amma biz onlarla heç bir şəkildə ticarət etməyəcəyik. Bizə ədalətli münasibət göstərilmədi" – deyə ABŞ prezidenti bildirib.
İspaniya hökumət mənbələri isə Trampın müdafiə xərcləri və İranla müharibəyə dəstəyin olmaması ilə bağlı təhdidinə "sakit və normal" yanaşdıqlarını bildiriblər.
"Ölkəmiz ABŞ-la gözəl sosial, mədəni və iqtisadi əlaqələr saxlayır. Gələcəkdə bu vəziyyəti dəyişdirmək niyyətimiz yoxdur" – deyə Madriddən verilən açıqlamada bildirilir.
Tahir TAĞIYEV