ABŞ ordusu, İranın kommersiya gəmilərinə yenidən hücumlarına cavab olaraq, Hörmüz boğazındakı İran hərbi obyektlərinə hava hücumları təşkil edib.
"ABŞ rəsmisinin sözlərinə görə, hədəflər arasında İranın hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, yer-hava raketləri, gəmi əleyhinə kruiz raketləri, dron buraxılış qurğuları və liman obyektləri var", - Axios xəbər verir.
ABŞ rəsmisi çərşənbə axşamı həyata keçirilən ABŞ zərbələrinin 10 gün əvvəl Hörmüz boğazında həyata keçirilən zərbələrdən dörd-beş dəfə böyük və daha güclü olduğunu bildirib.
İran dövlət mediası Bəndər Abbas və Sirik liman şəhərlərində, eləcə də Qeşm adasında partlayışların eşidildiyini bildirib.
Xatırladaq ki, ABŞ ordusu 7 iyulda Hörmüzdəki gəmilərə yeni hücumlarda ittiham edərək İrana qarşı zərbələr endirib. Elə həmin gün ABŞ Maliyyə Nazirliyi İran neft əməliyyatları üçün lisenziyanı ləğv edib.
SAMİRƏ