Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artıb. Trend-in xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunub, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunub.