çərşənbə günü, 25 noyabr 2026
     

Avropa Bankının 100 min manatlıq istiqrazlarını Azərbaycanda kimlər alacaq?...

Image


Bu emissiya sıradan bir maliyyə əməliyyatı deyil, həm də Azərbaycanın milli valyutasının nüfuzunu artıran...

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB/EBRD) Azərbaycanda ilk dəfə manat istiqrazı emissiya edəcək. Emissiyanın həcmi 50 milyon manat olacaq, istiqrazlar 500 ədəd, hər biri nominal olaraq 100.000 manat dəyərində buraxılacaq.

İstiqrazlar 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilədək müddətə veriləcək və geri ödəniləcək.

Faiz dərəcəsi AZİR (Azərbaycan Banklararası Faiz Dərəcəsi) əsasında müəyyən olunacaq və faiz ödənişləri rüblük (hər üç ayda bir) olacaq.

İstiqrazlar Bakı Fond Birjasında listinqə daxil ediləcək.

Yığılan vəsaitlər bankın adi kapital ehtiyatlarına daxil ediləcək və bankın normal əməliyyatlarında istifadə ediləcək.

Satış prosesinə dəstək verənlər (Anderrayterlər) isə “ABB-Invest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bu hadisə Azərbaycanın kapitallaşdırma bazarında önəmli bir mərhələdir və milli valyutada istiqrazların rolunun güclənməsinə xidmət edəcək.

Belə istiqrazların dövrüyyəyə buraxılmasında tərəflərin marağı nədən ibarətdir və bu istiqrazlardan kimlər yararlana bilər?

Baki-xeber.com nəşrinə görə, bu emissiya həm Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB/EBRD), həm də Azərbaycan maliyyə bazarı üçün çox önəmli bir addımdır. Burada tərəflərin maraqlarını və potensial fayda götürə biləcək qrupları ayrı-ayrılıqda göstərmək mümkündür.

İlk növbədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB/EBRD) əməliyyatlarında yeni alət əldə edəcək. Yəni AYİB manatla maliyyələşmə imkanı qazanacaq. Bu bank adətən dollar, avro kimi valyutalarda borclanır. Manat istiqrazı buraxmaqla, bank öz əməliyyatlarını milli valyutada maliyyələşdirir və valyuta risqini azaldır.

Bank bazara xüsusi siqnal verir. İlk dəfə manat istiqrazı buraxmaqla həm investorların, həm də digər beynəlxalq maliyyə institutlarının manata inamını artırır.

Bank müştərilərinə yeni və uyğun məhsul təklif etmək cəhdi göstərir. Bununla da Azərbaycandakı layihələr və müştərilər manatla maliyyələşməyə üstünlük verərək yeni maliyyə aləti əldə edirlər.

Azərbaycan dövləti və maliyyə bazarına təsirləri

AYİB-nin bu addımı kapital bazarının inkişafına ciddi təsir göstərəcək. Yerli bazarda milli valyutada iri beynəlxalq emitentin istiqraz buraxması bazarın dərinliyini və etibarlılığını artırır.

Bu addım manatın mövqeyini gücləndirən bir hadisədir. Milli valyutada iri emissiya investorları dollardan asılılıqdan qismən uzaqlaşdırır, manata maraqlarını artırır.

Eyni zamanda bu addım manatla əməliyyatların şəffaflıq və beynəlxalq standartlara uyğunluğunu təşviq edir. EBRD kimi nüfuzlu qurumun iştirakı bazara yeni etimad gətirir.

Bununla yanaşı, prisesə dəstək verən “ABB-Invest” və “Unicapital” komissiya gəliri əldə edir və prestij qazanırlar, çünki AYİB kimi beynəlxalq maliyyə qurumunun emissiyasını bazara çıxarmaq böyük təcrübə və nüfuz deməkdir.

Kimlər yararlana bilər?

İlk növbədə bu emissiyadan yerli banklar yararlana bilər. Çünkü yerli banklar manatla yüksək reytinqli emitentin (EBRD) istiqrazlarını almaqla həm sabit gəlir, həm də balanslarında risksiz aktiv əldə edirlər.

Sığorta şirkətləri və özəl pensiya fondları da bu prosesdən faydalana bilər. Çünki onlar fəaliyyətlərində uzunmüddətli və sabit gəlirli alətlərə ehtiyac duyurlar, EBRD-nin manat istiqrazları onlar üçün uyğun seçimdir.

İri korporativ investorlar bu istiqrazlar vasitəsilə likvid və etibarlı alət kimi portfellərini diversifikasiya edə bilərlər.

Bu istiqrazlardan xarici investorlar da yararlana bilər. Onlar əgər manat risqini götürməyə hazırdırlarsa, onlar üçün də EBRD-nin yüksək etibarlılığı maraqlı faktor olacaq.

Bu emissiya Azərbaycanın kapitallaşdırma bazarında ilk beynəlxalq emitentin manat istiqrazı kimi tarixi hadisədir. Maraqlar həm AYİB-in manatla maliyyələşmə imkanlarının genişlənməsi, həm də Azərbaycanın kapital bazarının dərinləşməsi ilə bağlıdır. Yekunda, əsas faydalananlar banklar, institusional investorlar (sığorta, pensiya fondları), iri korporativlər və kapital bazarının özü olacaq.

Bu emissiyanın Azərbaycan üçün iqtisadi və valyuta siyasəti baxımından uzunmüddətli nəticələrini bir neçə istiqamətdə qiymətləndirmək olar.

İlk növbədə bu, manat likvidliyini artıracaq. EBRD-nin milli valyutada istiqraz buraxması bazarda manat tələbini artırır. Bu, manatın regionda etibarlı maliyyə aləti kimi qəbuluna töhfə verir.

Bu, dollarizasiya ilə mübarizəni gücləndirəcək. Azərbaycan iqtisadiyyatı uzun illər dollarlaşmadan əziyyət çəkib. Bu emissiya institusional investorların diqqətini manata yönəldərək dollarla borclanmanı qismən əvəz edə bilər.

Proses valyuta sabitliyinə dəstək verəcək. Xarici investorlar manat istiqrazı alarkən valyuta bazarına əlavə təzyiq yarada bilərlər. Amma eyni zamanda bu, manatın maliyyə bazarındakı reputasiyasını gücləndirir.

Digər tərəgdən, bu proses kapital bazarının dərinləşməsinə töhfə verəcək. EBRD nümunəsi digər beynəlxalq institutları və hətta iri yerli şirkətləri manat istiqrazı buraxmağa təşviq edə bilər.

Yeni investisiya alətləri ortaya çıxacaq. Sığorta, pensiya fondları və banklar üçün milli valyutada etibarlı, uzunmüddətli alətlər yaranır. Bu, onların portfel risqlərini azaldır.

Azərbaycanın kapital bazarı beynəlxalq investorların diqqətinə çıxır, gələcəkdə daha iri həcmli və daha uzunmüddətli emissiyalara yol açır.

Banklar xaricdən dollarla borclanmaq əvəzinə, milli valyutada stabil vəsait cəlb edə bilərlər. Bu da kredit faizlərini aşağı sala bilər.

Yerli şirkətlər EBRD-dən manatla kreditlər ala bilər. Beləliklə, valyuta risqləri azalır və maliyyə planlaşdırması sadələşir.

Milli valyutada borclanma imkanlarının artması hökumətin də daxili bazarda borclanma siyasətini möhkəmləndirir.

Azərbaycanın kapital bazarı regionda beynəlxalq təşkilatlar üçün “test meydanı”na çevrilə bilər. Bu da ölkənin maliyyə mərkəzi olma ambisiyalarını gücləndirir.

Sığorta və pensiya fondları milli bazarda gücləndikcə dövlət büdcəsinin yükü də azalır.

Yəni bu emissiya sıradan bir maliyyə əməliyyatı deyil, həm də Azərbaycanın milli valyutasının nüfuzunu artıran, kapital bazarını beynəlxalq standartlara yaxınlaşdıran və dollarlaşma ilə mübarizədə yeni mərhələ açan strateji addımdır. Uzunmüddətli perspektivdə isə bu cür əməliyyatlar yerli investor bazasının genişlənməsi, kreditlərin ucuzlaşması və manatın maliyyə arxitekturasında güclənməsi ilə nəticələnə bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ