İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Hüseyn Mühibbi ölkəsinin strategiyasının "ABŞ Tehranın bütün şərtlərini qəbul edənə qədər Hörmüz boğazına nəzarəti qorumaq" olduğunu bildirib.
Mühibbi Hörmüz boğazının bu gün İran üçün təkcə su yolu deyil, həm də münaqişə zonası olduğunu bildirib: "Strategiyamız düşmən bütün şərtlərimizi qəbul edənə qədər boğaza nəzarəti qorumaqdır".
İranın xarici işlər naziri Abbas Əraqçi də dünən bildirib ki, Hörmüz boğazının açılması ABŞ-ın İslamabad Anlaşma Memorandumunu pozduğuna görə düzəliş etməsi də daxil olmaqla, digər şərtlərdən asılıdır".
Tahir TAĞIYEV