Türkiyənin ticarət gəmilərinə edilən hücumların artmasından sonra Qara dənizdə gəmiçilik hərəkətinə məhdudiyyətlər tətbiq edib. Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
İddialara görə, Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac limanı olan Novorossiyskə gedən bəzi gəmilərin ya Dardanel boğazından Qara dənizə keçməsinə icazə verilmədiyini, ya da müraciətlərinin qiymətləndirilməsi üçün əlavə vaxt tələb olunduğunu bildirib.
Mənbələrə görə, bu məhdudiyyət Ukrayna limanlarına gedən bəzi gəmiləri də əhatə edir.
Digər tərəfdən, Rumıniya, Bolqarıstan, Gürcüstan və Türkiyə limanlarına gedən gəmilərin heç bir maneə olmadan keçməyə davam etdiyi bildirilir.
Türkiyə hakimiyyəti hələlik iddialarla bağlı rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV