Yəmənin husi hərəkatı bu səhər Cizan şəhərindəki Saudi Aramco neft emalı zavodunda baş verən yanğına görə məsuliyyəti öz üzərinə götürüb.
Bildirilir ki, obyektə Səudiyyə Ərəbistanının Yəmənin Səda və Həcc əyalətlərinə endirdiyi zərbələrə cavab olaraq dronlarla hücum edilib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Cizan şəhərindəki Saudi Aramco neft emalı zavodunda səhər tezdən baş verən yanğının söndürüldüyünü bildirmişdi. Nazirliyin məlumatına görə, xəsarət alan olmayıb.
Cizan, Qırmızı dəniz sahilində, Səudiyyə Ərəbistanının Yəmənlə sərhədinə yaxın ərazidə yerləşir.
Tahir TAĞIYEV