“Reuters” agentliyinin Kpler və Vortexa gəmi izləmə xidmətlərinin məlumatlarına, eləcə də ticarət sənayesindəki mənbəyə istinadən verdiyi məlumata görə, iyul ayının sonunda treyderlər Cənubi Koreyadan Rusiyaya təxminən 30.000 ton neft məhsulları göndəriblər.
Agentliyin məlumatına görə, Ulsan konteyner limanında əvvəllər çənlərdə saxlanılan neft məhsulları ilə yüklənmiş ən azı iki tanker Rusiyanın Uzaq Şərqinə gedib.
“Reuters” qeyd edir ki, bu cür tədarüklər qeyri-adi haldır. Bildirilir ki, Rusiyada yanacaq idxalına artan tələbat, neft emalı zavodlarında fasilələrə səbəb olan ölkənin enerji infrastrukturuna edilən hücumlarla əlaqəli ola bilər.
Tahir TAĞIYEV