Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İranı dövlətə məxsus Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus tanker Hörmüz boğazından keçərkən ona raket hücumu etməkdə ittiham edib.
"BƏƏ İranın Hörmüz boğazından keçərkən raketlə vurulan ADNOC tankerinə düşmən hücumunu pisləyir və rədd edir" – deyə BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Nazirlik hadisəni BMT Təhlükəsizlik Şurasının naviqasiya azadlığını təsdiqləyən və kommersiya gəmilərinə hücumları və beynəlxalq dəniz yollarının pozulmasını pisləyən 2817 saylı qətnaməsinin "kobud şəkildə pozulması" adlandırıb.
BƏƏ həmçinin bildirib ki, boğazdan "təzyiq və ya iqtisadi şantaj aləti kimi" istifadə, eləcə də nazirliyin piratçılıq adlandırdığı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərəkətləri regionun sabitliyini, əhalisini və qlobal enerji təhlükəsizliyini təhdid edir.
ADNOC əvvəllər tankerlərindən birinin boğazdan keçərkən raket hücumuna məruz qaldığını bildirmişdi.
Tahir TAĞIYEV