Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ermənistan "Rusiyaya qarşı qoç" kimi əhəmiyyətini itirəcəyi təqdirdə Qərb onlara arxa çevirəcək.
Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ Ermənistanın və onun vətəndaşlarının rifahı ilə maraqlanmır. Medvedev hesab edir ki, İrəvan Qərbə yaxınlaşmağa davam edərsə, Rusiya ilə iqtisadi münasibətlərin pozulması ölkə üçün ciddi nəticələrə səbəb ola bilər.
"Avropa İttifaqı və ABŞ bu ölkə vətəndaşlarının rifahı ilə maraqlanmırlar. Ermənistan Rusiyaya qarşı qoç kimi əhəmiyyətini itirən kimi, Qərb heç nə olmamış kimi dərhal bütün vədlərindən imtina edəcək" – deyə Medvedev bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanda dərin daxili böhrana, "və bəlkə də daha pis nəticələrə" səbəb ola bilər.
Tahir TAĞIYEV