ABŞ 2025-ci il Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə əldə olunan irəliləyişi müsbət qiymətləndirərək, bunu uzunmüddətli sülhün bərqərar olması yolunda tarixi addım adlandırıb.
Bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon sammitin birinci ildönümü münasibətilə ABŞ-nin Azərbaycandakı Səfirliyinin rəsmi "X" hesabında yayımlanan videomüraciətində bildirib.
"Düz bir il əvvəl bugün, avqustun 8-də Prezident Tramp Ağ Evdə Prezident Əliyevi və Baş Nazir Paşinyanı tarixi sülh sammitində qəbul etdi. Bu tarixi ildönümündə, ötən il ərzində əldə olunan uğurları nəzərdən keçirməkdən məmnunluq duyuram.Avqustun 8-dən bəri Azərbaycan və Ermənistan liderləri Ağ Ev Sammitinin ruhuna sadiq qaldıqlarını nümayiş etdirərək, davamlı sülhə doğru cəsarətli və konkret addımlar atıblar.
Keçən ilin iyun ayında Bakıya gələndə az tərəfdaş təsəvvür edərdi ki, cəmi bir il sonra biz mütəmadi vətəndaş cəmiyyəti mübadilələrini və ilkin sərhədyanı ticarəti, o cümlədən Ermənistanın Azərbaycan yanacağını mütəmadi almasını görəcəyik.8 Avqust sazişlərinin əsas təməl daşı Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) təsis edilməsi idi. Bu marşrut Azərbaycana Naxçıvana maneəsiz çıxış təmin edəcək, inteqrasiyanı və Şərq-Qərb əlaqələrini gücləndirəcək, Azərbaycana və geniş regiona qarşılıqlı iqtisadi fayda və rifah gətirəcək",- deyə o bildirib.
Karlon əlavə edib ki, son bir il ərzində TRIPP-in həyata keçirilməsi çərçivəsində əhəmiyyətli irəliləyiş əldə olunub və layihə inkişafını davam etdirəcək.
"Bu marşrut Azərbaycana Naxçıvana maneəsiz çıxış təmin edəcək, inteqrasiyanı və Şərq-Qərb əlaqələrini gücləndirəcək, Azərbaycana və geniş regiona qarşılıqlı iqtisadi fayda və rifah gətirəcək",-deyə o vurğulayıb.
O, həmçinin Vaşinqton sammitindən sonra Azərbaycan-ABŞ münasibətlərinin genişləndiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin yeni səviyyəyə çıxarılmasına yönəlmiş anlaşma memorandumu imzalayıblar. Diplomatın qeyd etdiyi kimi, bu proses sonradan 2026-cı ilin fevralında Bakıda ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələnib. “O vaxtdan bəri azərbaycanlı tərəfdaşlarımızla işləyərək strateji tərəfdaşlığın həyata keçirilməsinə başlamışıq.”, – deyə müvəqqəti işlər vəkili bildirib.
Karlon qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyəli təmasların sayının artması, kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması, ilk ABŞ-Azərbaycan iqtisadi dialoqunun keçirilməsi, eləcə də ABŞ şirkətlərinin iştirakı ilə iri kommersiya sazişlərinin bağlanması hesabına genişlənib. "Hər iki istiqamətdə yüksək səviyyəli dövlət rəsmilərinin və özəl sektor nümayəndələrinin Azərbaycanın müstəqilliyindən bəri heç vaxt olmadığı qədər çox səfərlərinin şahidi olmuşuq", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, son bir ildə əldə olunan irəliləyiş ölkələr arasında əməkdaşlıq potensialını nümayiş etdirir.
“Prezident Tramp ABŞ-nin Cənubi Qafqaz regionunda sülh və rifaha sadiqliyini aydın şəkildə bildirib. Ötən il ərzində əldə etdiyimiz tərəqqi birlikdə işlədikdə nələrin mümkün olduğunu göstərir. Əminəm ki, ölkələrimiz gələcək illərdə daha bir çox uğurlara imza atacaqlar”, – deyə Karlon bildirib.
ZÜMRÜD
Bu gün, düz bir il əvvəl, Prezident Tramp Prezident Əliyevi və Baş nazir Paşinyanı Ağ Evdə keçirilən sammitdə qəbul etdi. Sammit onilliklər boyu davam edən münaqişəyə son qoydu və hər iki ölkəni daha firavan gələcəyə aparan yola çıxardı. Bugünkü video müraciətində ABŞ-nin… pic.twitter.com/7mYmiktAxp — U.S. Embassy Baku (@USEmbassyBaku) August 8, 2026
Bu gün, düz bir il əvvəl, Prezident Tramp Prezident Əliyevi və Baş nazir Paşinyanı Ağ Evdə keçirilən sammitdə qəbul etdi. Sammit onilliklər boyu davam edən münaqişəyə son qoydu və hər iki ölkəni daha firavan gələcəyə aparan yola çıxardı. Bugünkü video müraciətində ABŞ-nin… pic.twitter.com/7mYmiktAxp