“Rusiya uzunmüddətli hərbi əməliyyatlara hazır olmalıdır, çünki Avropa Ukrayna münaqişəsinin yaxın gələcəkdə həll olunmasına imkan verməyəcək”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS agentliyinə müsahibəsində deyib.
"Qərblilərin münaqişənin uzanmasını hədəflədiklərini çox yaxşı başa düşürük. Onlar sülh yolu ilə həllin hər hansı bir yolundan tamamilə imtina etməyə çalışırlar. Bütün dialoq cəhdləri avropalıların razılığa gəlmək şansını əngəlləmək məsələsində barışmaz istəyi ilə qarşılanır" – deyə XİN rəsmisi qeyd edib.
Diplomat bildirib ki, yaxın gələcəkdə bu tendensiyanın dəyişməsi ehtimalı çox azdır. Avropa Ukraynanı maliyyələşdirməyə davam edəcək. Və biz kifayət qədər uzunmüddətli hərbi əməliyyatlara hazır olmalıyıq, lakin yaxşı düşünülmüş strategiya ilə”, - deyə diplomat bildirib.
Tahir TAĞIYEV