Cümə günü, 06 noyabr 2026
     

Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

Image


Vasif Qəhrəmanov: “4G/5G şəbəkələrinin genişləndirilməsi və infrastruktur investisiyalarının artırılması vacibdir”

Elvin Abbasov: “Provayderlər yüksəksürətli paketlərin qiymətini əhəmiyyətli dərəcədə azaltmalı, təqdim olunan sürəti isə 2,5–3 dəfə artırmalıdırlar”

026-cı ilin iyun ayı üzrə Speedtest Global Index hesabatına əsasən, Gürcüstan mobil internet sürətinə görə dünyada 17-ci yerdə qərarlaşıb. Ölkədə mobil internetin median yükləmə sürəti 156,3 Mbit/s təşkil edib ki, bu da qlobal orta göstərici olan 93,47 Mbit/s-i əhəmiyyətli dərəcədə üstələyir. Reytinqə 672,87 Mbit/s nəticə ilə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir.

Cənubi Qafqaz ölkələri arasında da Gürcüstan mobil internet sürətinə görə liderdir. Azərbaycan 98,61 Mbit/s göstərici ilə 46-cı, Ermənistan isə 91,69 Mbit/s nəticə ilə 85-ci yerdə qərarlaşıb.

Bununla yanaşı, sabit ev genişzolaqlı internet üzrə vəziyyət fərqlidir. Gürcüstan 50,8 Mbit/s sürətlə 149 ölkə arasında 107-ci yerdədir. Bu kateqoriyada regionda lider Azərbaycandır. Ölkəmiz 92,2 Mbit/s göstərici ilə 84-cü, Ermənistan isə 91,7 Mbit/s sürətlə 85-ci yerdə qərarlaşıb.
Gürcüstan mobil internet sürətinə görə dünyada 17-ci, Azərbaycan isə 46-cı yerdədir. Sizcə, Azərbaycanda mobil internetin keyfiyyətinin və sürətinin bu qədər geridə qalmasının əsas səbəbi nədir və bu problemi aradan qaldırmaq üçün konkret hansı addımlar atılmalıdır?
Rəqəmsal texnologiyalar üzrə mütəxəssis Vasif Qəhrəmanov hesab edir ki, Azərbaycanda mobil internet və rəqəmsal rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün mövcud problemlərin sistemli şəkildə aradan qaldırılması vacibdir. Onun fikrincə, son illər bu sahədə müəyyən irəliləyişlər əldə olunsa da, hələ də xidmətin keyfiyyətinə mənfi təsir göstərən bir sıra amillər qalmaqdadır.
Vasif Qəhrəmanov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda əsas problemlər infrastruktur investisiyalarının kifayət qədər sürətli aparılmaması, bəzi bölgələrdə şəbəkələrin yüklənməsi və bazarda rəqabətin məhdud olmasıdır. Onun sözlərinə görə, xüsusilə əhalinin sıx yaşadığı ərazilərdə və pik saatlarda mobil internetin sürətinin aşağı düşməsi mövcud şəbəkələrin əlavə investisiyalara ehtiyac duyduğunu göstərir.
Ekspert qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə telekommunikasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması artıq zərurətə çevrilib. O hesab edir ki, internet xidmətlərinin keyfiyyəti təkcə istifadəçilərin rahatlığı baxımından deyil, həm də elektron dövlət xidmətlərinin, onlayn təhsilin, rəqəmsal biznesin və innovativ texnologiyaların inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Vasif Qəhrəmanovun fikrincə, problemin həlli üçün 4G və 5G şəbəkələrinin daha geniş əraziləri əhatə etməsi, mobil operatorların infrastruktur layihələrinə investisiyalarını artırması və bazarda sağlam rəqabəti təşviq edən tənzimləyici islahatların həyata keçirilməsi vacibdir. O bildirib ki, rəqabət mühitinin güclənməsi operatorları həm xidmət keyfiyyətini yüksəltməyə, həm də yeni texnologiyalara daha çox investisiya yatırmağa təşviq edəcək.
Ekspert hesab edir ki, bu istiqamətdə atılacaq addımlar nəticəsində istifadəçilər daha sürətli və dayanıqlı internet xidmətləri əldə edəcək, ölkənin rəqəmsal transformasiya prosesinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına da mühüm töhfə veriləcək.
İT eksperti Elvin Abbasov hesab edir ki, Gürcüstanın mobil internet sürətinə görə Azərbaycandan öndə olması iki ölkənin telekommunikasiya siyasətində və infrastruktur investisiyalarında fərqli yanaşmaların nəticəsidir. Onun fikrincə, mobil və sabit internet infrastrukturunun inkişaf səviyyəsi internet sürətinə və tarif siyasətinə birbaşa təsir göstərir.
Elvin Abbasov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Gürcüstanın mobil internet sürətinə görə dünyada 17-ci, Azərbaycanın isə 46-cı yerdə qərarlaşması mobil spektr siyasəti və telekommunikasiya infrastrukturuna yönəldilən investisiyalar arasındakı fərqi aydın şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, Gürcüstanın mürəkkəb coğrafi relyefi ölkədə sabit genişzolaqlı internet şəbəkəsinin qurulmasını çətinləşdirdiyindən əsas diqqət mobil şəbəkələrin inkişafına yönəldilib.
Ekspert qeyd edib ki, sabit genişzolaqlı internet infrastrukturunun qurulması daha yüksək maliyyət tələb etdiyi üçün bu, Gürcüstanda internet tariflərində də özünü göstərir. Onun sözlərinə görə, bu ölkədə sabit internet paketləri Azərbaycana nisbətən təxminən iki dəfə bahadır və məhz buna görə istifadəçilər daha münasib qiymətli mobil internet xidmətlərinə üstünlük verirlər.
Elvin Abbasov bildirib ki, Azərbaycan isə sabit genişzolaqlı internet üzrə daha əlverişli mövqedədir. O qeyd edib ki, ölkənin bu sahədə Cənubi Qafqazda birinci yeri tutması “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (optik) şəbəkəsinin geniş şəkildə qurulmasının nəticəsidir. Bununla belə, ekspert hesab edir ki, mövcud infrastrukturdan daha səmərəli istifadə olunarsa, sabit internet sürətini daha da artırmaq mümkündür.
Onun fikrincə, provayderlər qiymət siyasətini yenidən nəzərdən keçirməli və istifadəçiləri daha yüksək sürətli paketlərə keçməyə təşviq etməlidirlər. Bu məqsədlə 250–300 Mbit/s internet paketlərinin qiyməti daha əlçatan olmalı, istifadəçilər cüzi əlavə ödəniş müqabilində daha yüksək sürət əldə edə bilməlidirlər. Ekspert vurğulayıb ki, bu yanaşma həm istehlakçılar üçün daha sərfəli olacaq, həm də mövcud optik şəbəkənin imkanlarından daha səmərəli istifadə edilməsinə şərait yaradacaq.
Elvin Abbasov əlavə edib ki, Azərbaycanda mobil internetin Gürcüstanla müqayisədə nisbətən aşağı sürət göstərməsinin səbəblərindən biri də ölkədə sabit genişzolaqlı internetin yüksək inkişaf səviyyəsidir. Onun sözlərinə görə, evlərdə və biznes sektorunda yüksək sürətli optik internet geniş yayıldıqca, mobil şəbəkələrə maksimum sürət təmin etmək üçün ayrılan investisiyaların prioriteti də dəyişir. Bu səbəbdən iki ölkənin telekommunikasiya inkişaf modeli və investisiya strategiyası fərqli nəticələr ortaya qoyur.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:49
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ