çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

Image


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Yaxın Şərqdə artan təhlükəsizlik böhranlarına qarşı tarixi bir addım atıblar. Liderlərin Məkkədə keçirilən zirvə görüşündə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Birgə Müdafiə Sazişi imzalanıb. Sənəd avqustun 7-də Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitdə imzalanıb. Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar. Hərtərəfli birgə müdafiə paktı rəsmi olaraq Məkkə Sazişi adlanır.

Sazişə əsasən, üç ölkədən birinə edilən hücum hər üç ölkyə edilən hücum kimi dəyərləndiriləcək. Bundan əlavə, müqavilə üç ölkə arasında bütün sahələrdə müdafiə əməkdaşlığının inkişafını nəzərdə tutur.

Türkiyə Prezident Administrasiyasının paylaşdığı üçtərəfli müqavilə ilə bağlı birgə bəyanatda qeyd edilir ki, saziş bütün təcavüz formalarına qarşı kollektiv çəkindirməni gücləndirməyi hədəfləyir və üç dövlətdən hər hansı birinə qarşı silahlı hücum hamısına qarşı həyata keçirilmiş hesab ediləcək. Saziş həmçinin üç dövlət arasında müdafiə sahəsində əməkdaşlığın bütün aspektlərdə inkişaf etdirilməsini nəzərdə tutur.

Regional təhdidlərə qarşı kollektiv çəkindirməni maksimum dərəcədə artırmağı hədəfləyən razılaşma, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın hərbi, texnoloji və strateji güclərini vahid bir çətir altında birləşdirir.

Hər üç dövlət tərəfindən imzalanan Məkkə Sazişi, heç bir ölkəni hədəf almadan, yükün bölüşdürülməsinə və ortaq təhlükəsizlik anlayışına əsaslanan regional və qlobal sülhün, sabitliyin və rifahın qorunması öhdəliklərini gücləndirməyi hədəfləyə müdafiəyə yönəlmiş bir əməkdaşlıqdır. Hər hansı bir təcavüz aktına qarşı kollektiv çəkindirməni gücləndirməyi hədəfləyən saziş, üç dövlətdən hər hansı birinə qarşı edilən hər hansı bir silahlı hücumun hamısına qarşı hücum hesab ediləcəyini nəzərdə tutur.

Məkkə Sazişi, artan regional və beynəlxalq təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün ortaq bir zəmin yaratmağı hədəfləyən, regional mülkiyyət prinsipinə uyğun olaraq həyata keçirilən uzunmüddətli diplomatik səylərin real nəticəsi kimi qəbul edilir. Saziş, üç ölkənin bir-birinin təhlükəsizliyini dəstəkləmək öhdəliyini, eləcə də müdafiə sənayesi əməkdaşlığını və hərbi qarşılıqlı fəaliyyətini yaxşılaşdırmağı hədəfləyən müdafiəyə yönəlmiş bir tənzimləmə məqsədi daşıyır.

Məkkə Birgə Müdafiə Sazişi üç ölkə arasında dərin köklü qardaşlıq əlaqələrini gücləndirir və onların öz müdafiəsinə, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verir. Saziş "bölgədə sülh, əmin-amanlıq və təhlükəsizlik üçün dəstəkləyici element" hesab olunur .

Türkiyə rəsmilər bildiriblər ki, ölkənin NATO üzvlüyü ilə regional tərəfdaşlıqları bir-birinə alternativ deyil, təhlükəsizlik yükünün bölüşdürülməsinə imkan verən tamamlayıcı strukturlardır.

Səudiyyə Ərəbistanı rəsmilərinin və regional təhlükəsizlik mənbələrinin məlumatına görə, üçtərəfli müdafiə paktı bir müddətdir danışıqlar mərhələsində idi. Lakin bölgədə artan hərbi gərginlik, Hörmüz boğazında və Qırmızı dənizdə dəniz nəqliyyatını təhdid edən böhranlar və husilərin yaratdığı əlavə təhlükəsizlik riskləri imzalanma prosesini sürətləndirdi.

İslam dünyasının yeganə nüvə gücü olan Pakistanla Səudiyyə Ərəbistanı arasında 2025-ci ildə imzalanan ikitərəfli strateji müdafiə müqaviləsindən sonra Türkiyənin də bu təhlükəsizlik arxitekturasına daxil edilməsi regional tarazlıqlar baxımından tarixi bir dönüş nöqtəsi kimi qəbul edilir. Üçtərəfli müqavilə ilə tərəflər arasında müdafiə sənayesi, hərbi təlim, kəşfiyyat paylaşımı və regional təhlükəsizlik sahələrində koordinasiya ən yüksək səviyyəyə qaldırılacaq.

Ekspertlər hesab edir ki, sazişin hərbi ölçüləri əvvəlcə diqqət çəksə də, üç ölkənin unikal dinamikasının birləşməsi prosesi sadəcə müdafiə paktından kənara çıxarır. Müdafiə sənayesindəki daxili və milli texnoloji irəliləyişləri, yeni nəsil müharibə doktrinaları və geniş əməliyyat təcrübəsi ilə Türkiyə alyansın texniki və strateji mühərriki rolunu oynayır. Geniş maliyyə resursları və gücü ilə Səudiyyə Ərəbistanı birgə müdafiə layihələrini və hərbi investisiyaları sürətləndirməkdə mühüm rol oynayır. Əhalisi 250 milyondan çox olan, İslam dünyasında yeganə nüvə gücü statusuna və inkişaf etmiş hava qüvvələri infrastrukturuna malik Pakistan isə özünün çəkindirmə qabiliyyətlərini maksimum dərəcədə artırır.

İsraillə yaxın əlaqələri ilə tanınan ABŞ-da yerləşən Demokratiyaların Müdafiəsi Fondunun (FDD) direktoru Conatan Şanzer sosial media hesabında verdiyi açıqlamada üçtərəfli paktın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu ittifaq daha da güclənməyə davam edir: “Əgər bu prosesləri izləmirsinizsə, bu Yaxın Şərqdə böyük bir siyasi-hərbi dəyişikliyi nəzərdən qaçırırsız deməkdir".

Ekspertər hesab edir ki, dünyanın yaşadığı hazırki qarışıq dövr bu qərarın strateji əhəmiyyətini ön plana çıxarır. Rusiya-Ukrayna müharibəsi, Avropanın İkinci Dünya Müharibəsindən bəri ən mürəkkəb dövrünü yaşaması, İsrailin Yaxın Şərqdəki mövqeyi, İran və Körfəzlə gərginlik və Asiya-Sakit okean regionunda ABŞ-Çin rəqabətinin artması regional aktyorları öz təhlükəsizlik arxitekturalarını yaratmağa sövq edib. Şərqi Aralıq dənizi, Körfəz, Yaxın Şərq və Cənubi Asiyada dominant rol oynayan bu üç əsas aktyorun bir araya gəlməsi onların qlobal böhranlar qarşısında birgə hərəkət etmək qabiliyyətlərini artıracaq.

Strateji dəyərləndirmələrə görə, Misir və Qətər kimi regional güclərin də qarşıdakı dövrdə bu ittifaqa qoşulması və ya əməkdaşlıq modelinə inteqrasiya etməsi gözlənilir. Xüsusilə İran və Yəmənlə bağlı böhranların artdığı bir mühitdə bu üçlüyün Qırmızı dəniz və Körfəzin təhlükəsizliyi, xüsusən də Yəmənlə bağlı konkret addımlar ata biləcəyi gözlənilir.

“Reuters” bölgədəki diplomatik mənbələrə istinadən müdafiə sənayesi əməkdaşlığı və kəşfiyyat məlumatlarının paylaşılmasının müzakirə mövzusu olduğunu bildirib. Agentlik yazır ki, Ankara, Ər-Riyad və İslamabad arasında yaradılacaq yeni təhlükəsizlik mexanizmi regional təhlükəsizliyin təməl daşlarını yenidən müəyyənləşdirmək gücünə malikdir.

Hindistanın aparıcı qəzetlərindən biri olan "New Indian Express" isə potensial müdafiə mexanizminin yalnız Yaxın Şərqə deyil, həm də Asiyaya təsir edəcəyinə diqqət çəkib. Qəzet yazır ki, bu təşəbbüs Yaxın Şərq və Cənubi Asiyada güc balansını tamamilə dəyişdirəcək İslam NATO-sunun ayaq səsləridir.

İsrail mərkəzli "Ynet" xəbər saytı yazıb ki, Pakistanın nüvə potensialı və Türkiyənin bölgədəki hərbi təsiri birləşdirildikdə, bu struktur İsrail üçün ölümcül bir ittifaqa çevrilə bilər. Çünki sazişə görə, bir ölkəyə mümkün hücum hər üç ölkəyə hücum kimi qəbul ediləcək. Təl-Əvivin i24 televiziyası da NATO üzvü olan Türkiyənin müdafiə sənayesinin, Səudiyyə Ərəbistanının iqtisadi gücünün və Pakistanın nüvə imkanlarının hamısının bir çətir altında birləşməsinin İsrail təhlükələrinə diqqət çəkib: “Bu nəhəng əməkdaşlıq İsrailin regional strateji hesablamalarını tamamilə dəyişdirə və Yaxın Şərqdə və Cənubi Asiyada yeni bir təhlükəsizlik oxu yarada bilər”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ