Cümə günü, 07 avqust 2026
     

Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

Image


Bu həftə Rusiyanın irimiqyaslı hücumu zamanı Ukrayna bir dənə də olsun raketi vura bilməyib. Bu isə Kiyevin hava hücumundan müdafiə raketlərinin sürətlə tükənməsi ilə bağlı narahatlıqları gücləndirib. Ukrayna prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, tərəfdaş ölkələrin ballistik raketlərə qarşı göndərdiyi tutucu raketlərin sayı kəskin azalıb. O bildirib ki, Ukrayna bu il ötən ilin eyni dövrünə nisbətən 30 faiz daha az hava hücumundan müdafiə raketi alıb: "Tərəfdaşlarımızın raketləri var. İndi əsas məsələ onların tədarükünün və istehsalının sürətləndirilməsi ilə bağlı siyasi qərarlardır".

"Patriot" sistemləri üçün tutucu raketlər Rusiyanın ballistik raketlərinə qarşı Ukraynanın ən effektiv müdafiə vasitəsidir. Ancaq Vaşinqtonun Ukraynaya nə qədər əlavə raket verə biləcəyi ilə bağlı suallar getdikcə artır. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) ötən həftə bildirib ki, ABŞ bu il İranın hücumlarının qarşısının alınması zamanı "Patriot PAC-3 MSE" və THAAD sistemləri üçün mövcud raket ehtiyatlarının yarıdan çoxunu istifadə edib. Hesabata görə, fevralda başlayan münaqişədən əvvəl ABŞ-ın arsenalında 2 min 300-dən çox "Patriot PAC-3 MSE" raketi var idisə, hazırda onların sayı 800-ə düşüb. THAAD raketlərinin ehtiyatı isə, demək olar ki, yarıbayarı azalıb. CSIS-in baş məsləhətçisi və hesabatın müəlliflərindən biri Mark Kansian bildirib ki, bu çatışmazlıq Birləşmiş Ştatların Ukraynaya əlavə raket vermək imkanlarını ciddi məhdudlaşdırır: "Yaxın gələcəkdə Ukraynanın ABŞ-dən olduqca məhdud sayda, yaxud ümumiyyətlə "Patriot" raketi alması qeyri-mümkün görünür. ABŞ öz ehtiyatlarından gen-bol istifadə edib. Hazırda arsenalımızda 800-900 "Patriot" tutucu raketi qalıb. Hərbi strateqlər bunun azalmasını istəmirlər. Buna görə də həm mövcud ehtiyatlardan, həm də yeni istehsaldan Ukraynaya raket ayırmaq çox çətin olacaq". Onun fikrincə, Ukrayna arsenalında hələ də sovet istehsalı S-300 sistemləri qalan ölkələrdən raketlər əldə etməli olacaq.

Tramp administrasiyasından isə fərqli açıqlamalar gəlib. CNN anonim rəsmi mənbələrə istinadən "Patriot" ehtiyatlarının təhlükəli həddə azaldığını yazmışdı. ABŞ-ın müdafiə naziri Pit Heqset bunu "saxta xəbər" adlandırıb. Bundan bir neçə gün əvvəl Pentaqon "Lockheed Martin" və "Northrop Grumman" şirkətləri ilə "Patriot PAC-3" və THAAD raketlərinin istehsalını artırmaq barədə müqavilələr imzalandığını elan edib. Prezident Donald Tramp isə bildirib ki, Birləşmiş Ştatların "çox böyük həcmdə" sursat ehtiyatı var, lazım gəldikdə yeni istehsal hesabına bu ehtiyatlar sürətlə bərpa olunur. O, "Truth Social" platformasında yazıb ki, "xəyanət xarakterli məlumatları sızdıran şəxslər müəyyən edilir və onların uzunmüddətli həbs cəzaları almasına çalışılacaq". ABŞ administrasiyasındakı anonim mənbələr isə "Azadlıq" radiosuna bildiriblər ki, CSIS-in hesablamaları ABŞ-ın mövcud raket ehtiyatlarının real vəziyyətini böyük ölçüdə əks etdirir. Kansian deyib ki, istehsal artırılsa belə, bu ehtiyatların bərpası illər çəkəcək: "Müharibədən əvvəl ABŞ ildə təxminən 300 "Patriot" raketi istehsal edirdi. Hazırda bu rəqəm 600-ə çatıb. Məqsəd ildə 2 min raket istehsal etməkdir, amma bu hədəfə ən tez 2030-cu ildə nail olmaq mümkün olacaq". Başda "Reuters" olmaqla, bir sıra media orqanları Ukrayna hərbi kəşfiyyatına istinadla yazır ki, Şimali Koreya Rusiyanın qərbində raket bölməsi yerləşdirməyə başlayıb. Məlumata görə, həmin bölmənin Ukraynaya hücumlar üçün 120-yə yaxın ballistik raket və altı buraxılış qurğusu ilə təchiz olunacağı gözlənilir. ABŞ ordusunun keçmiş hərbi kəşfiyyat analitiki Kervin Okoin deyir ki, ABŞ inventarlarının azalması Ukraynaya mütləq təsir göstərəcək. Bununla belə, onun fikrincə, Ukrayna bundan əvvəl də dəfələrlə döyüş meydanındakı reallıqlara uyğunlaşıb: "Ukrayna əla iş görür. ABŞ-yə arxalana bilməsə belə, öz dayanıqlılığına güvənərək döyüş meydanındakı uğurlarını davam etdirəcək". Okoin hesab edir ki, Kiyev getdikcə bahalı "Patriot" raketlərindən daha çox, dron əsaslı hava hücumundan müdafiə sistemlərinə və lazer texnologiyalarına üstünlük verəcək. Respublikaçı senator Rik Skott isə Ağ Evin Ukraynanı dəstəkləməyə sadiq qaldığını bildirib: "Ağ Evdə danışdığım insanlar Ukraynaya dəstək verməkdə tam qərarlıdırlar. Əminəm ki, lazımi anda Ukraynaya ehtiyacı olan silahları verəcəklər". M.Kansian əlavə edib ki, ABŞ-nin raket ehtiyatlarının azalması Vaşinqtonun rəqiblərinin də hesablamalarına təsir göstərə bilər: "Birləşmiş Ştatların ən çox narahatlıq duyduğu ölkə Çindir. Bu qədər böyük həcmdə raketin xərclənməsi müəyyən zəiflik pəncərəsi yaradıb və Pekin bundan istifadə etməyə cəhd göstərə bilər". Ukrayna isə belə bir durumda getdikcə daha çox Avropa müttəfiqlərinə üz tutur. ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib ki, Vaşinqton "Patriot" raketlərinin Ukrayna və avropalı tərəfdaşlarla birgə istehsalı imkanlarını araşdırır. İyulun əvvəlində ovaxtkı müdafiə naziri Mixaylo Fedorov mövcud ehtiyatlardan "Patriot" raketlərinin müvəqqəti ötürülməsi xahişi ilə 40-a yaxın ölkəyə müraciət göndərib, həmin raketlərin yerinin gələcək istehsal hesabına doldurulmasını təklif edib.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın Quliyev yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Ermənistan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

06.08.2026 / 16:21
İranda yeni inqilab başlayır - qorxulu daxili böhran...

06.08.2026 / 16:17
Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

06.08.2026 / 16:12
İranın Ermənistanla sərhədi "ən təhlükəsiz sərhəd" adlandırıldı - niyə Azərbaycan yox...

06.08.2026 / 16:03
Bilal Ərdoğanın restoranlar şəbəkəsi Bakıya ayaq açdı - Ərdoğanlar biznesdə başqa növ seçim edə bilərdimi?

06.08.2026 / 15:44
"Azərbaycan Ukraynaya qaz tədarük etməyə hazırdır" - Ceyhun Bayramov

06.08.2026 / 14:09
Mərkəzi Kəşfiyyat İdarəsi ölkəyə sızdı - neft və elektrik kəsildi… ABŞ-ın Kubanı daxildən qarışdırmaq planı ortaya çıxdı…

06.08.2026 / 13:56
Astarada narkotiklə saxlananşəxs tanışını da ələ verdi...

06.08.2026 / 13:50
Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edildi

06.08.2026 / 13:48
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı

06.08.2026 / 13:22
İdxal olunan qeyri-qida mallarına nəzarət gücləndirilir...

06.08.2026 / 13:17
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi

06.08.2026 / 13:12
Ermənilərin apellyasiya məhkəməsində yekun qərar elan olundu - FOTO

06.08.2026 / 13:11
AZCON-a yeni səlahiyyət verildi

06.08.2026 / 12:57
Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gücləndirilməsi Kiyevdə müzakirə edildi

06.08.2026 / 12:50
Ukrayna Tver bölgəsindəki Wildberries anbarına da hücum etdi…

06.08.2026 / 12:44
Ukraynalı nazır Qara dənizdə həlak olan azərbaycanlılarla bağlı başsağlığı verdi

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ