Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi Vaşinqton sammitində əldə olunan razılaşmaların birinci ildönümü ilə bağlı bəyanat yayıb. Bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bəyanatda Britaniyanın Vaşinqton sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndirirdiyi bildirilib.
"Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir. Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək", - deyə səfirliyin bəyanatında vurğulanıb.
ZÜMRÜD
🇬🇧 Statement by the British Embassy Baku on the first anniversary of the Washington Summit agreements. 🇦🇿 Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümü ilə bağlı Böyük Britaniyanın Bakıdakı Səfirliyinin bəyanatı. pic.twitter.com/2cnsa2k3Xd — UK in Azerbaijan (@ukinazerbaijan) August 8, 2026
🇬🇧 Statement by the British Embassy Baku on the first anniversary of the Washington Summit agreements. 🇦🇿 Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümü ilə bağlı Böyük Britaniyanın Bakıdakı Səfirliyinin bəyanatı. pic.twitter.com/2cnsa2k3Xd