Ukrayna Rusiya ilə əlaqəsi olmayan bəzi neft tankerlərinə, eləcə də Qazaxıstan neftinin ixracı üçün istifadə edilən Qara dənizdəki vacib infrastruktur obyektlərinə zərbə endirməməyə razılıq verib.
“Bloomberg” agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, razılaşma ötən ay gəmilərə edilən hücumların neft yükləməsinin dayandırılmasına səbəb olmasından sonra əldə edilib. Agentliyin yazdığına görə, ölkə rəhbərliyi belə bir qərarı ABŞ-nin yüksək səviyyəli rəhbərliyi ilə danışıqlardan sonra qəbul edib.
Rəsmi şəxs bildirib ki, Ukrayna kommersiya gəmiçilik şirkətlərinin zəruri məlumatları ötürə və gəmilərin təhlükəsiz keçidini təmin edə biləcəyi xüsusi rabitə kanalları yaradıb. Rəsmi şəxs razılaşmanın məxfi olması səbəbindən anonimlik şərti ilə danışıb.
Söhbət Qazaxıstan neftinin Qara dəniz vasitəsilə ixracı üçün vacib olan infrastruktur və gəmilərdən gedir.
Tahir TAĞIYEV