İsrailin ABŞ-dan asılı olmayaraq, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığı iddia edilir.
İsrailin Channel 13 televiziyasının məlumatına görə, Təl-Əviv hökuməti Tehrana qarşı yeni bir addım atmağı planlaşdırır. Hadisələrlə bağlı məlumat verən kanal bildirib ki , İsrail ABŞ-dan asılı olmayaraq İrana qarşı hücumları bərpa etməyə hazırlaşır.
Kanal 13 əməliyyatın Vaşinqton administrasiyası ilə koordinasiyadan kənarda baş verəcəyini qeyd edərək, Təl-Əvivin birtərəfli addım atacağını bildirib.
Bölgədə hərbi fəaliyyətin artdığı bir vaxtda səslənən bu iddia, İsrailin müttəfiqlərindən asılı olmayaraq İrana qarşı strategiyasında yeni bir mərhələyə qədəm qoya biləcəyini göstərir.
Tahir TAĞIYEV