Rusiya Müdafiə Nazirliyi hərbi məqsədlər üçün istifadə edilən Ukraynanın Odessa və Çornomorsk limanlarına zərbələr endirdiyini açıqlayıb.
Nazirlik bildirib ki, Rusiya ordusu Ukrayna limanlarına hücumlarını davam etdirir. Qeyd olunur ki, ordunun istifadə etdiyi Odessa və Çornomorsk limanlarında hərbi əmlak, yanacaq və neft anbarları və yük daşıma obyektlərinə zərbələr endirilib, Odessa limanının şimal-şərqində yerləşən Belyari və Noviye Belyari yaşayış məntəqələrində də yanacaq çənləri hədəfə alınıb.
Havadan və qurudan edilən hücumlarda yüksək dəqiqlikli silahlardan və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyi bildirilib.
Tahir TAĞIYEV