Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında baş tutan üçtərəfli görüşün ildönümü münasibəti ilə paylaşım edib.
Hikmət Hacıyev bu barədə "X" hesabında görüntülər yayıb.
"Prezident İlham Əliyev nəinki müharibəni, eyni zamanda sülhü də qazandı! Vaşinqton sülh sammitinin keçirilməsindən artıq bir il ötür", - paylaşımda qeyd olunub.
President Ilham Aliyev — won the war, but also won the peace! One year since the Washington Peace Summit. pic.twitter.com/B7tuoD3rwh — Hikmet Hajiyev (@HikmetHajiyev) August 8, 2026
President Ilham Aliyev — won the war, but also won the peace! One year since the Washington Peace Summit. pic.twitter.com/B7tuoD3rwh