Rusiyanın sahillərində Türkiyə bayrağı altında üzən "MV Güllük" quru yük gəmisinə hücum olub. Taman şəhərinə doğru hərəkət edən Türkiyə gəmisi Novorossiysk limanı yaxınlığında pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
Pilotsuz təyyarənin gəminin insanların olduğu bölməsinə dəydiyi, lakin ölən və ya xəsarət alan olmadığı bildirilir. Gəminin zərərin qiymətləndirilməsi və təmir üçün İstanbula gedəcəyi bildirilir.
2002-ci ildə istehsal olunmuş MV Güllük beynəlxalq daşımalarda istifadə olunur.
Türkiyə Xarici İşlər Nazirliyi, Ukraynanın 3 avqustda Novorossiysk yaxınlığında Nadejda və Yaşar gəmilərinə hücumlarından sonra Qara dənizdə münaqişənin gərginləşməsi ilə bağlı ciddi narahatlığını bildirmişdi. Nazirlik xəbərdarlıq etmişdi ki, münaqişənin qarşısını almaq üçün tədbirlər görülməsə, ərzaq təhlükəsizliyinə təsir də daxil olmaqla, ciddi nəticələrə səbəb ola bilər.
Tahir TAĞIYEV