Cümə axşamı günü, 01 oktyabr 2026
     

Neft və qazdan sonra Azərbaycan elektrik enerjisinin də mühüm ixracatçısına çevrilir

Image


Neft və qazla yanaşı, son dövrlərdə Azərbaycan elektrik enerjisinin ixracı sahəsində də mühüm nailiyyətlərə imza atmaqdadır. Elə cari ilin ötən dövrünün statistikası da göstərir ki, Azərbaycan elektrik enerjisinin ixracını əhəmiyyətli dərəcədə artırır.

Hesablamalar göstərir ki, bu ilin yanvar-may aylarında ölkə üzrə elektrik enerjisinin ixracı 569,9 milyon kilovat/saat təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ixrac 47,7 milyon kilovat/saat artıb. İrana 14,4 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 39,4 milyon kilovat/saat, Gürcüstana isə 503,4 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub. Bu, hesabat dövründə alınan elektrik enerjisinin həcmindən dəfələrlə çoxdur. Belə ki, beş ay ərzində elektrik enerjisinin idxalı cəmi 76,6 milyon kilovat/saat olub. İrandan 14,4 milyon kilovat/saat, Rusiyadan 39,3 milyon kilovat/saat, Gürcüstandan isə 22,9 milyon kilovat/saat elektrik enerjisi idxal edilib. Beləliklə, rəqəmlərin təhlili Azərbaycanın elektrik enerjisinin ixracını əhəmiyyətli dərəcədə artırdığını göstərir. Qarşıdakı müddət ərzində ixrac həcminin daha yüksək rəqəmlərlə ifadə olunması gözlənilir.  Özü də ixrac coğrafiyasının daha da genişləndirilməsi, Avropa məkanına da ölkəmizdən elektrik enerjisinin ixracı gözlənilir. Əslində, hələ iki il əvvəl Azərbaycanın Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya elektrik enerjisinin tədarükünə başladığı məlumdur. 2019-cu ilin may ayının 1-də Gürcüstan və Türkiyə ərazisindən keçməklə Yunanıstana, eləcə də Gürcüstan, Türkiyə və Bolqarıstandan keçməklə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracatına başlanıb. Bu arada məlum olub ki, Azərbaycan istehsalı olan elektrik enerjisinin Türkiyə ərazisindən keçməklə Avropaya tədarükünün artırılması məsələsi Azərbaycan və Türkiyə hökumətləri arasında müzakirə ediləcək. Bu məsələ Azərbaycanla Türkiyə arasında 2021-ci ilin fevralında imzalanmış İqtisadi Əməkdaşlıq üzrə Fəaliyyət Planında nəzərdə tutulur. Hesablamalara görə, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü vasitəsilə ölkəmiz Avropaya ildə 700 meqavat elektrik enerjisi ixrac edə bilər. Bu proqnozlar ölkənin bir neçə milyard kVt/saat həcmində qiymətləndirilən enerji potensialına əsaslanır. Bir qədər bundan əvvəl İranın elektrik sənayesinin təmsilçisi Mustafa Rəcəbi Məşədi bəyan etmişdi ki, bu ölkədə vaxtaşırı müşahidə olunan elektrik enerjisi kəsintiləri fonunda Azərbaycan, Ermənistan və Türkmənistandan elektrik enerjisi idxal etmək qərarına gəlinib. O, elektrik böhranı kəskinləşməzdən əvvəl də İranın Azərbaycandan elektrik idxalına başladığını bildirmişdi. İranın Muğan bölgəsinin elektrik xətlərinin Azərbaycan elektrik şəbəkəsi ilə sinxronlaşdırılması nəticəsində 73 meqavat elektrik enerjisinin idxalına başlanıb. Bu xətt üzrə idxal olunan elektrik enerjisi pik saatlarında 130 meqavatadək artırıla bilər. Beləliklə, daxili tələbatı, demək olar ki, tamamilə ödəyən Azərbaycan qonşu ölkələrə əhəmiyyətli miqdarda elektrik enerjisi ötürür. Ancaq Energetika Nazirliyinin məlumatına görə, keçən il Avropaya tədarük reallaşmayıb və 2021-ci ilin ilk aylarına aid məlumatlara nəzər salsaq, bu il də "qoca qitəyə" elektrik enerjisi ixracının həyata keçirilmədiyini görmək olar. "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, elektrik enerjisinin kommersiya satışı onun mübadiləsi ilə qarışdırılmamalıdır: "Azərbaycan elektrik enerjisinin Avropaya ixracı ölkəmiz üçün iqtisadi cəhətdən sərfəli deyil, çünki bizdə elektrik enerjisinin maya dəyəri bahadır. Bununla belə, alternativ enerji mənbələrindən alınan elektrik enerjisi istehsalı daha baha başa gəlir. Əslində, bu gün Azərbaycanda külək və Günəşdən alınan elektrik enerjisi büdcədən subsidiya olunur". Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycandan ixrac olunacaq elektrik enerjisinin miqdarının 1,1 milyard kilovat/saatdan çox olmayacağı gözlənilir və ixrac siyahısında Avropa ölkələri yer almır.

Onu da qeyd edək ki, son 10 ildə yeni sənaye sahələrinin yaradılması hesabına Azərbaycanda elektrik enerjisi istehsalı 27,6%, istehlak isə 37,8% artıb. Araşdırmalar göstərir ki, elektroenergetika sisteminə yatırılan investisiyalar və modernləşdirmə tədbirləri nəticəsində son 10 ildə elektrik enerjisinin səmərəliliyi və keyfiyyəti kifayət qədər yüksəldilib, itkilərin səviyyəsi azaldılıb. Elektrik enerjisi istehsalı və paylanmasında itkilər 22,4%-dən 9,4%-ə, 1 kVt-saat elektrik enerjisi istehsalına sərf olunan yanacaq istehlakı isə 319 qramdan 264 qramadək azalıb.

Ekspertlər də qeyd edir ki, ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri olan enerji təhlükəsizliyini təmin etmək üçün görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqeyini möhkəmləndirib. Qonşu ölkələrlə uğurlu əlaqələrin inkişaf etdirilməsi nəticəsində 2010-cu illə müqayisədə 2020-ci ildə elektrik enerjisi ixracı 380 milyon kilovat/saatdan 1,151 milyard  kilovat/saatadək yüksəlib.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ