Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan “yaşıl enerji” konsepsiyasının reallaşmasını sürətləndirir

Image


Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi bu gün Azərbaycan üçün əsas prioritetlər sırasında yer alır. Belə enerjidən istifadə 2030-cu ilə qədər ölkəmizdə sosial-iqtisadi inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm isriqamətlərindən biri kimi müəyyənləşdirilib.

Ümumiyyətlə, qeyd edilən müddətə qədər Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin qoyuluş gücü olaraq payını 30 %-ə çatdırmaq qarşıya əsas hədəf kimi qouulub. Bunun üçün  özəl, o cümlədən xarici investisiyaların cəlbi ilə əlaqədar müvafiq tədbirlər görülür. Xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı planlar artıq icraya da yönəldilib. Bu istiqamətdə indidən müvafiq addımların atılması olduqca mühüm hesab edilir. Məsələ burasındadır ki, ekspertlər bütün dünyada neft və qazın alternativ enerji ilə əvəzlənməsini, bərpa olunmayan enerji daşıyıcılarının qiymətlərinin getdikcə aşağı düşəcəyini proqnozlaşdırır. Hətta Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəsmiləri də dəfələrlə bəyan ediblər ki, yaxın vaxtlarda neftin qiymətlərinin yüksək həddə qalxması gözlənilmir. Vurğulanır ki, dünyanın ən böyük neft tələbatçısı olan Amerika Birləşmiş Ştatlarının indiki höküməti daha çox "yaşıl enerji" və bərpa olan enerjinin təşviqini hədəfləyir. Artıq bir çox ölkələr tədricən bərpa olunmayan enerji mənbələrindən imtina etməyə başlayıblar. Bu mənada Azərbaycan da "yaşıl enerji" ilə bağlı dünyada gedən prosesləri nəzərə almalıdır.

Qeyd edək ki, cari il  mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Energetika Nazirliyinə 1.4 milyon dollar vəsait ayrılıb.

Energetika Nazirliyindən bildirilib ki, Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpa olunan enerji mənbələrinin potensialı 26940 meqavatt (MVt) dəyərləndirilir. Burada külək enerjisi 3000 MVt, Günəş enerjisi 23040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının imkanı isə 520 MVt həcmində qiymətləndirilir. Nazirlik qeyd edir: “Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7516 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1278 MVt-dır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Hidroenerji gücü 1135 MVt, külək enerjisi gücü 66 MVt, bioenerji gücü 38 MVt, Günəş enerjisi gücü 40 MVt təşkil edir”. Qurumdan qeyd olunub ki, 2030-cu ilədək bərpa olunan enerjinin payını 30 faizə çatdırmaq hədəfi götürülüb: “VPC şirkətinin hesabatına əsasən, qarşıya qoyulmuş 30 faiz hədəfinə nail olmaq üçün 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır. Bu ümumi gücün də 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiyası məqsədəuyğun hesab edilib. Eyni zamanda, bu hədəf üzrə dövlət investisiyası ilə yanaşı özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

Nazirlikdən qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək üçün beynəlxalq layihələr icra olunur: “Yaponiyanın “Tepsko” şirkəti ilə imzalanan müqaviləyə görə, Qarabağda yaşıl enerji zonasının yaradılması üçün müvafiq konsepsiyanın və baş planın hazırlanması nəzərdə tutulur. BP ilə imzalanan müqavilə isə Zəngilan və Cəbrayıl zonasında 240 MVt gücündə Günəş elektrik stansiyasının tikintisini ehtiva edir”. Hazırda işğaldan azad olunan ərazilərin “yaşıl enerji” potensialı araşdırılır. İlkin dəyərləndirmələr göstərir ki, burada təqribən 4 min MVt Günəş enerji və 500 MVt civarında külək enerji potensialı var. Həmçinin hidroenerji potensialı var. Görülən tədbirlər imkan verəcək ki, bu ərazilərin enerji tələbatları məhz alternativ mənbələr hesabına ödənilsin. İqtisadçı Natiq Cəfərli də bildirir ki, həm Günəş, həm də külək enerjisinin istehsalı üçün Azərbaycanda coğrafi olaraq çox gözəl təbii şərait var: “Amma istehsal həcmlərinə baxdıqda Azərbaycanda alternativ enerjinin istehsal həcmi həddindən artıq kiçikdir”. Lakin ekspertin sözlərinə görə, ekoloji təmiz enerjinin istehsal səviyyəsində bir az artım var: “Çünki su elektrik stansiyaları ekoloji enerji növü sayılır. Bu nöqteyi-nəzərdən potensial artıb, xüsusən işğaldan azad olunmuş torpaqlarda hidroelektrik stansiyaların tikilməsi mümkünlüyü bu potensialı artırıb”. Ekspert qeyd edib ki, Azərbaycan hökuməti bu məsələlərin təşviqi üçün addımlar atmır. İqtisadçı vurğulayıb ki, Avropa ölkələrində və qonşu Türkiyədə bu praktika var: “Türkiyənin Antalya və Alanya bölgələrində bütün vətəndaşların, fermerlərin, kiçik və orta sahibkarların alternativ enerjiyə keçməsi üçün faizsiz kreditlər, texniki dəstək verilir. Orada indi Günəş paneli vasitəsilə əldə olunan elektrik enerjisinin qalan hissəsini dövlət vətəndaşlardan alır və vətəndaş bu yolla artıq pul qazanmağa başlayıb. Bizdə regionlarda bunun üçün kifayət qədər münbit şərait, Günəş bolluğu var”.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) müvafiq hesabatından görünür ki, ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 %-dən çoxunu bərpa olunan enerji təşkil edib, bunun 91 %-i isə Günəş və külək enerjisinin payına düşüb. 2010 və 2019-cu illər arasında sənaye miqyaslı Günəş elektrik stansiyalarında bir kilovat-saat elektrik enerjisinin qiyməti 82 %, külək elektrik stansiyalarında istehsal olunan enerjinin qiyməti isə 29 % ucuzlaşıb. Qiymətin aşağı düşməsinə kömək edən digər faktor isə dünyada bərpa olunan enerji hərraclarının geniş vüsət almasıdır ki, bu mexanizm “yaşıl enerji”dən istifadənin özəl investisiyalar hesabına inkişafına gətirib çıxarır. Bütün bunlar Azərbaycanda da nəzərə alınır.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ