Cümə axşamı günü, 15 oktyabr 2026
     

ABŞ və Avropa Azərbaycan üzərindən daha çox qaz almaq niyyətlərini açıqladı

Image


ABŞ dövlət katibi Mayk Pompeonun Avropa turnesi fonunda aktiv şəkildə müzakirə edilən məsələlərdən biri də “Şimal axını-2” layihəsidir. Belə görünür ki, Vaşinqton Avropa ölkələrini bu məsələdə bir araya gətirib layihəni durdurmaqda və ya mümkün qədər ləngitməkdə israrlıdır. Mayk Pompeo ilə görüşdə bu məsələyə toxunan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirir:“Bəzi məsələlərdə fikir ayrılıqlarımız və fərqli yanaşmalarımız var. Bunlardan biri də “Şimal axını-2”  layihəsidir. ABŞ-ın tətbiq etdiyi sanksiyalardan təəssüf hissi keçiririk. Bu məsələnin ikitərəfli həlli yolunun tapılmasını istərdik”.

Indilikdə real vəziyyət göstərir ki, ABŞ layihənin çəkilişini əngəlləmək üçün istənilən addımı atmağa hazırdır və bu məsələdə daha çox Avropa ölkəsini yanında görməyə çalışır. “Qazprom”un maliyyə tərəfdaşlarından biri olan “Uniper” şirkətinin bu durumla bağlı son hesabatında isə deyilir ki, “Şimal axını-2” boru kəmərinin tikintisi ABŞ-ın tətbiq etdiyi sansksiyalara görə ləğv edilə bilər: “ABŞ “Şimal axını-2”  layihəsinə qarşı yönəlmiş sanksiya səylərini artırdıqca boru kəmərinin inşasında ciddi gecikmə və hətta tikintinin tamamilə ləğv edilməsi ehtimalı artır”. Bundan başqa məlumdur ki, ABŞ-dan əlavə, hazırda Ukrayna və Polşa da “Şimal axını- 2” layihəsinin reallaşdırılmasına birgə müqavimət göstərmək niyyətindədir. Bu dövlətlər hesab edir ki,  Rusiya qaz kəməri Avropaya təhdid yaradır və onun reallaşdırılmasına imkan verilməməlidir. Ekspertlər hesab edir ki, bu halda rus qazının “Şimal axını-2”  ilə Avropaya nəqli dalana dirənir və belə vəziyyətdə Azərbaycan qazının Avropa üçün əhəmiyyəti daha da artır. Bu arada qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi”nin son halqası olan TAP boru kəməri layihəsi üzrə işlərin mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 97 faizi yekunlaşıb. Hazırda boru kəmərinin inşasının son mərhələsidir. Qeyd edək ki, boru kəmərində son qaynaq yekunlaşıb. Bu da o deməkdir ki, TANAP boru kəmərinə qoşulan hissədən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşib. Bu, “Cənub Qaz Dəhlizi”nin açılması istiqamətində daha bir mərhələdir. TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri də tamamlanıb. Təbii qazın TAP-ın Yunanıstan-Albaniya sərhədində və sonuncunun Bilisht regionunun yaxınlığındakı ölçmə stansiyasına nəqlinə başlanıb. Bu hissə istifadəyə verildikdən sonra qazın tezliklə Albaniyadakı digər hissələrinə tədricən daxil edilməsi həyata keçiriləcək. Yunanıstan ərazisindən isə Azərbaycan qazı ötürülməyə tam hazırdır. Bu durumda TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda həyata keçirilməsi gözlənir. İndilikdə isə TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. Xatırladaq ki, TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Tam işə düşdükdə  TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

Bununla “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın qaz ölkəsi kimi də inkişafına, Avropanın enerji mənbələrinin idxalını diversifikasiya etməsinə şərait yaradır. ”Şahdəniz” yatağından ilbəil artan qaz hasilatının 2024-cü ildə 25 milyard kubmetri ötəcəyi gözlənir. Bu isə imkan verir ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” tam işə düşdükdən sonra “Şahdəniz” qazının alıcılarını 16 milyard kubmetrlik qaz həcmləri ilə təmin etsin. TANAP-la Türkiyəyə qaz nəqli artıq 6 milyard kubmetrə çatıb. Layihənin sonuncu seqmenti sayılan  TAP, yuxarıda qeyd olunduğu kimi, yekunlaşmaq üzrədir. Xəzər qazı ilk dəfə olaraq bununla Avropaya məhz Azərbaycanın təşəbbüsü olan mənbə və marşrutların şaxələndirilməsi layihəsi sayılan “Cənub Qaz Dəhlizi” ilə çatdırılacaq. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurd Donnelli bu xüsusda bildirir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi böyük nailiyyətdir:“Lakin biz dayana bilmərik. “Cənub Qaz Dəhlizi” vasitəsilə qazın İtaliyaya nəqlinin başlaması ilə iş bitməyəcək. Bizim görüləcək çox işimiz var”. Burada ABŞ rəsmisinin nəzərdə tutduğu əsas məqam “Cənub Qaz Dəhlizi”nə gələcəkdə Türkmənistanı da qoşmaqdır. Bununla Avropaya Azərbaycan üzərindən daha çox qaz daşınacaq. Türkiyədən olan ekspert Nüsrət Cömərt də bunları vacib sayır:“Avropa dünyada xüsusi rola malik olan enerji bazarı, Orta Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi regionu isə enerji mənbəyidir. Bura indi Xəzər də daxil olur. Türkiyə bu bazar və mənbələrin arasında enerji körpüsü və potensial enerji ticarət mərkəzi hesab olunur. Avropa uzun müddətdir ki, təbii qaz tələbatını, yerli hasilatçılarla yanaşı, Rusiya, Norveç, Əlcəzair və az miqdarda Türkiyə ilə Yunanıstan arasındakı boru xətti ilə təmin edir. Avropa enerji təhlükəsizliyini təmin etmək üçün mənbə və marşrutların şaxələndirilməsini hədəfləyib. Bu məqsədə xidmət edəcək “Cənub Qaz Dəhlizi” çox əhəmiyyətli boru kəməridir”.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ