11/07/2020 22:47
728 x 90

Yeniyetmə boksçularımız fərqləndi

img

Fevralın 2-dən 8-dək Boks Mərkəzində bu idman növü üzrə növbəti  Azərbaycan birinciliyi keçirilib. Yarışda ölkəmizin bütün şəhər və rayonlarını təmsil edən 48 komandadan 147 idmançı baş mükafat uğrunda mübarizə aparıb. DİN İdman Cəmiyyətinin komandası ümumi hesabda ikinci yerdə qərarlaşıb.

Komandamızın çalışdırıcısı, əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələrindən Əzray Bəbirov, Murad Allahverdiyev müvafiq olaraq öz çəki dərəcələrində qızıl, Cəfər Heydərli gümüş, Əsəd Ağayev, Rəşid Həsənov və Riad Nəzərov isə  bürünc medallar qazanıb.

Qeyd edək ki, təmsilçilərimizdən M.Allahverdiyev birinciliyin ən texnikalı boksçusu elan olunub.

Yarış təəssüratlarını bizimlə bölüşərkən Y.Məmmədov bildirdi ki, qaliblər sırasında yer tutan idmançıların həm fiziki, həm də texniki bacarıqları onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inam yaradır.

Zeyni HÜSEYNOV
polis leytenantı

Son xəbərlər