Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" - "Beşiktaş" qarşılaşması matçın ikinci yarısında yarımçıq dayandırılıb. Baki-xeber.com xəbər verir ki, buna səbəb isə matçın 57-ci dəqiqəsində stadionda baş verən hadisələr olub.
"Beşiktaş"ın ehtiyat qapıçısı Tolqa Zəngin meydandan kənarda bir nəfərlə mübahisə edib. Həmin vaxt onlara yaxınlaşan komandanın baş məşqçisi Şenol Günəşə azarkeşlər kənardan əşyalar atıblar. Başından zədə alan Şenol Günəşin yerə yıxılmasından sonra isə ortalıq qarışıb.
Daha sonra "Beşiktaş" fanatları soyunma otağına doğru hərəkət ediblər. Bu vaxt içəridə də qarışıqlıq yaranıb. Polis hadisələrə müdaxilə etməyə məcbur olub.
Daha sonra isə oyunun yarımçıq dayandırıldığı elan edilib.
Şenol Günəş isə xəstəxanaya qaldırılıb.
Polis isə aralarında Şenol Günəşi yaralayan şəxsində olduğu 15 nəfəri saxlayıb.
Hadisələrə sərt reaksiya verən BJK TV rəhbərliyi isə Şenol Günəşin təcili yardım avtomobilinə mindirilərkən də hücuma məruz qaldığını bəyan edib.
Qeyd edək ki, matç zamanı komandaların oyunçuları arasında da gərginlik yaranıb. "Beşiktaş"ın müdafiəçisi Pepe qarşılaşmanın birinci hissəsində kobud hərəkətinə görə, hakim tərəfindən qırmızı vərəqə alaraq meydançadan qovulub.
Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.