Amerika Basketbol Liqası (NBA) komandalarından “Houston Rockets” rekord qiymətə satılıb. Baki-xeber.com xəbər verir ki, rasmi açıqlamaya görə, “Rockets” 2.2 milyard dollara satılıb.
Houstondan olan iş adam milyarder Tillman Fertittan “Rockets” üçün 2,2 milyard dollar ödəyib və bunun NBA-da yeni bir rekord olduğu qeyd edilir.
“Rockets” 1993-cü ildə, Les Aleksandr tərəfindən 85 milyon dollara satın alınmışdı.
Qeyd edək ki, NBA komandalarından “Los Angeles Clippers” 2014-ci ildə 2 milyard dollara satılaraq, rekord qırmışdı.