Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu nüfuzlu qitə turnirinə vəsiqə qazanmış "Qarabağ"ın da rəqibləri bilinib.
Püşkatmanın nəticələri:
A qrupu
"Benfika" (Portuqaliya) "Mançester Yunayted" (İngiltərə) "Bazel" (İsveçrə) MOİK (Rusiya)
B qrupu "Bavariya" (Almaniya) PSJ (Fransa) "Anderlext" (Belçika) "Seltik" (Şotlandiya)
C qrupu "Çelsi" (İngiltərə) "Atletiko" (İspaniya) "Roma" (İtaliya) "QARABAĞ" (AZƏRBAYCAN)
D qrupu "Yuventus" (İtaliya) "Barselona" (İspaniya) "Olimpiakos" (Yunanıstan) "Sportinq" (Portuqaliya)
E qrupu "Spartak" (Rusiya) "Sevilya" (İspaniya) "Liverpul" (İngiltərə) "Maribor" (Sloveniya)
F qrupu "Şaxtyor" (Ukrayna) "Mançester Siti" (İngiltərə) "Napoli" (İtaliya) "Feyenord" (Niderland)
G qrupu "Monako" (Fransa) "Porto" (Portuqaliya) "Beşiktaş" (Türkiyə) "Leypsiq" (Almaniya)
H qrupu "Real" (İspaniya) "Borussiya" (Dortmund, Almaniya) "Tottenhem" (İngiltərə) APOEL (Kipr)
Qeyd edək ki, qrup mərhələsinin oyunları sentyabrın 12-dən başlayıb dekabrın 12-dək davam edəcək.