Maradona "Barselona"nın ulduz futbolçusu Lionel Messini tənqid edib. Goal.az xəbər verir ki, 1986-cı ilin dünya çempionu onu qeyri-səmimilikdə ittiham edib.
"Messi özünü biraz axmaq apardı. Onun davranışı bizə 3 final məğlubiyyətini unutdurmaq üçün montaj idimi? Dəqiq bilmirəm".
Messi 2016-cı il Amerika kubokunun final qarşılaşmasından sonra milli karyerasını başa vurduğunu elan etmişdi. Bir neçə gün öncə Argentinanın baş məşqçisi Edqardo Bausa ilə söhbətindən sonra qərarını dəyişdiyini diqqətə çatdırmışdı.