"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, "exit-poll"un nəticələrinə əsasən seçicilərin 84,49 faizi İlham Əliyevə səs verib.
Aparılmış tədqiqatın nəticəsi aşağıdakı kimidir:
Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 84.49%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3.72%;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3.21%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3.04%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.65%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1.57%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1.46%;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0.86%.