ABŞ-ın “AJF & Associates Inc.” təşkilatı yerli tərəfdaş "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" ilə birgə Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, "exit-poll"un nəticələrinə əsasən, İlham Əliyev seçkilərdə 85.57 faiz səs toplayıb:
"Exit-poll"un nəticələrinə əsasən, seçicilərin 85.57 faizi İlham Əliyevə, 2.96 faizi Qüdrət Həsənquliyevə, 2.48 faizi Sərdar Məmmədova, 2.92 faiz Zahid Oruca, 1.76 faizi Hafiz Hacıyevə, 1.42 faizi Araz Əlizadəyə, 1.52 faiz isə Fərəc Quliyevə, 1.37 faizi isə Razi Nurullayevə səs verib.