Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, nəticələr aşağıdakı kimidir:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,03%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,73%;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,67%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%.
Bildirilib ki, "exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.