"Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib". APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
R. Mehdiyev deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq.
"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər" – deyən R. Mehdiyev bildirib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm".
Prezident Administrasiyasının rəhbəri seçici fəallığının səbəblərini də izah edib: "Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib. Azərbaycan beynəlxalq səviyyədə tanınıb. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".