Azərbaycanda keçirilən prezident seçkiləri müşahidəçi qismində iştirak etdiyim ən parlaq seçkilərdir. Bunu Trend-ə Qırğızıstan nümayəndə heyətinin üzvü Taalaybek Masabirov deyib.
T.Masabirovun sözlərinə görə, onu ən çox bayram əhval-ruhiyyəsi heyran edir: “Bu mühit olduğumuz bütün məntəqələrdə müşahidə edilir”.
T.Masabirov qeyd edib ki, insanların məmnunluqla səs verməsi sevindirici haldır: “Heç bir pozuntu müşahidə olunmayıb. Məntəqələrdə yüksək fəallıq qeydə alınır, bəzilərində hətta növbələr də müşahidə olunub”.