Saat fərqinə uyğun olaraq, Azərbaycanın Qırğızıstandakı səfirliyi, Qazaxıstandakı səfirliyi, Aktaudakı baş konsulluğu, Almatıdakı diplomatik ofisi və Yekaterinburqdakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermə başa çatıb. Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, diplomatik nümayəndəliklərimizdə səsvermə yüksək seçici fəallığı şəraitində keçib.