"Azərbaycan xalqı yüksək siyasi fəallıq nümayiş etdirir". Bunu Trend-ə Monteneqro parlamentinin deputatı, AŞPA-nın üzvü Predraq Sekuliç deyib:
P.Sekuliçin sözlərinə görə, günün birinci hissəsində Bakının 11 seçki məntəqəsində olub: “Seçki prosesi yaxşı davam edir. Mənim Azərbaycanda müşahidəçilik təcrübəm var. Mən burada referendumda və parlament seçkilərində iştirak etmişəm. Azərbaycanda insanlar siyasi cəhətdən fəaldır. Ümumilikdə hər şey yaxşı təşkil olunub. Aktivlik kifayət qədər yüksəkdir”.
Deputat əlavə edib ki, günün ikinci yarısında daha yeddi-səkkiz məntəqəyə gedəcək.