Azərbaycanda prezident seçkiləri demokratiya şəraitində və ölkə qanunvericiliyinə uyğun olaraq keçir. Bunu Trend-ə Ukrayna parlamentinin deputatı, GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Parlament Assambleyasının müşahidə missiyasının üzvü Oleq Medunitsa deyib.
O.Medunitsa bildirib ki, seçki məntəqələrində səsvermə prosesi aktiv davam edir: “Yerlərdə heç bir pozuntu müşahidə olunmur. Səsvermə tam sabitlik mühitində davam edir”.
Ukraynalı deputat onu da qeyd edib ki, Azərbaycan Ukrayna üçün dost ölkədir və ölkələr arasında ikitərəfli münasibətlər daim inkişaf edir.