Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. Trend-in məlumatına görə, saat 15:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir.
Bu seçki dairəsində 51117 seçicidən 35135-i (68.73%) artıq səsvermədə iştirak edib.
Saat 15:00 olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40068 seçicidən 17657-i (44.07%) səsvermədə iştirak edib.