Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar səsvermədə Mərkəzi Seçki Komissiyasının 115 saylı “Qaynar xətti”nə daxil olan müraciətlərin sayı açıqlanıb.
Trend xəbər verir ki, MSK-nın Media və İctimai Əlaqələr şöbəsindən verilən məlumata görə, səsvermə başlayan andan - saat 08:00-dan saat 15:00-dək “Qaynar xətt”ə 100-ə yaxın sorğu xarakterli müraciət daxil olub.
“Qaynar xətt”ə şikayət xarakterli müraciət daxil olmayıb.