Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə və tam şəffaf keçir. Bunu Trend-ə IRIS Media (BƏƏ) informasiya agentliyinin icraçı direktoru Camal əl-Macayda deyib.
O bildirib: “Mən ərəb ölkələrindən jurnalistlərdən ibarət nümayəndə heyətinin rəhbəriyəm. Biz səhərdən çoxlu sayda seçki məntəqələrində olmuşuq. Qeyd etmək istəyirəm ki, seçkilərdə mühit çox yaxşıdır. Hər məntəqədə biz yüksək fəallıq müşahidə etmişik”.
İcraçı direktorun sözlərinə görə, müşahidəçilər seçki prosesində heç bir pozuntu qeydə almayıb.