Seçki məntəqələrində çox yaxşı infrastruktur yaradılıb. Bunu Trend-ə Latviya parlamentinin iqtisadiyyat komitəsinin sədri Roman Naudinş deyib.
O bildirib: “Məntəqələr müasir avadanlıqlarla təchiz olunub, məni daha çox hər məntəqədə veb-kameraların sayı heyrətləndirib. Bu, dünyanın istənilən yerindən seçki prosesinə nəzarət etməyə imkan verir”.
Onun sözlərinə görə, müsbət amil məhdud imkanları olan şəxslərə səsvermə üçün bütün imkanların yaradılmasıdır: “Məntəqəyə gəlmək imkanı olmayan şəxslərə evdən səs vermək imkanının təmin olunması çox vacibdir. Bu, ilk növbədə qocalara və əlillərə aiddir”.
R.Naudinş qeyd edib ki, prezident seçkiləri barədə təəssürat müsbətdir: “Biz Nizami rayonunda bir sıra seçki məntəqələrində olmuşuq. Heç bir pozuntu müşahidə olunmayıb”.