Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir. Bunu Trend-ə özəl açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç bildirib.
O qeyd edib: "Hazırda dünyada bəlli bir seçki sistemi var ki, Azərbaycanda da bu sistem tətbiq olunur".
M.E.Kılıç deyib ki, iştirak etdikləri bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinin şahidi olublar: "Seçkilərin Azərbaycan xalqına sevinc və ümid gətirəcəyinə inanırıq. Heç şübhəsiz ki, Azərbaycan xalqı ən doğru və ən düzgün seçimi edəcək".