2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı Xəzər seçki dairəsinin 37 saylı seçki məntəqəsində səsvermə davam edir. Trend-in məlumatına görə, saat 11:00-a qədər bu məntəqədə 650 məhkum artıq səs verib.
Ümumilikdə 37 saylı seçki məntəqəsində 1283 seçici qeydiyyatdadır.