Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. Trend xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar seçki dairəsidir. Bu seçki dairəsində 46 600 seçicidən 20 775-i (44.58%) artıq səsvermədə iştirak edib.
Saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən aşağı olduğu dairə isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 068 seçicidən 10 271 seçici (25.63%) səsvermədə iştirak edib.