Bazar günü günü, 18 oktyabr 2026
     

Xarici ölkələrdəki Azərbaycan vətəndaşları da seçkilərdə aktiv iştirak edir, Çində səsvermə 70 faiz seçici fəallığı ilə başa çatdı - YENİLƏNDİ

Image


Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yaradılmış seçki məntəqəsində səsvermə davam edir.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 47 saylı məntəqəsi Moskva vaxtı ilə saat 08:00-da açılıb, ilk seçicilər səsvermədə iştirak ediblər. Seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov jurnalistlərə bildirib ki, məntəqədə 1499 seçici qeydiyyata alınıb.

Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı baş konsulluqlarında da seçki məntəqələri fəaliyyət göstərir.

Türkiyədə yaşayan azərbaycanlılar səfirlikdə və konsulluqda səs verir

Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Ankara şəhərindəki səfirliyimizdə fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində səsvermə davam edir. Seçki məntəqəsi Türkiyə vaxtı ilə saat 8.00-da açılıb. Məntəqənin girişində seçicilərin siyahısı asılıb və şəffaf seçki qutusu qoyulub.

Türkiyə paytaxtında yaşayan, təhsil alan və işləyən, habelə xidməti ezamiyyətdə olan Azərbaycan vətəndaşları məntəqəyə gələrək öz seçimlərini edirlər.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

Prezident seçkiləri ilə əlaqədar ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunda da fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 53 saylı məntəqədə səsvermə keçirilir.

Məntəqə Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun qurulub. Məntəqənin girişində seçicilərin siyahısı asılıb. Burada seçicilərin öz siyasi iradələrini azad və demokratik şəraitdə ifadə etmələri üçün bütün şərait yaradılıb.

Ər-Riyaddakı səfirlikdə də səsvermə davam edir

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir. Burada 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə yaradılmış 35 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə səsvermənin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

Bu məntəqə üzrə konsulluq qeydiyyatında olan 85 Azərbaycan vətəndaşı səs verəcək.

Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur

Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur. Səfirlikdən verilən məlumata görə, Ukrayna vaxtilə səhər saat 09:00-dan başlayaraq Azərbaycan vətəndaşları öz seçimlərini etmək üçün səfirlikdəki seçki məntəqəsinə axışıb.

Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini edirlər.

Yerli vaxtla saat 12:00-a olan məlumata görə, səfirliyin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 40 faizdən artığı səsvermədə iştirak edib.

Səsvermədə seçicilərlə görüşən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev seçkilərdə fəallıq göstərən soydaşlarımıza, xüsusən də gənclərə minnətdarlığını bildirib. Seçkilərlə bağlı Azərbaycan səfirliyində hər cür şərait yaradıldığını diqqətə çatdıran diplomat bu seçkilərdə xalqımızın istək və arzusunun reallaşacağına əminliyini ifadə edib.

Səsvermə prosesi Ukrayna KİV-lərinin də diqqət mərkəzindədir.

Almatıda yaşayan Azərbaycan vətəndaşları da səs verirlər

Aprelin 11-də yerli vaxtla səhər 8:00-da Qazaxıstanın Almatı şəhərində 17 saylı Yasamal rayonu III seçki dairəsi 56 saylı seçki məntəqəsində Azərbaycan Respublikası prezidentinin seçkilərinə start verilib. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib.

Ölkəmizin Qazaxıstandakı nümayəndəliyində qeydiyyatında olan 459-a yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.

Berndə yaradılmış seçki məntəqəsində 100-ə yaxın Azərbaycan vətəndaşı qeydə alınıb

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə İsveçrədə də keçirilir. Aprelin 11-də yerli vaxtla səhər saat 8-də paytaxt Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış seçki məntəqəsində prezident seçkilərinə start verilib.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub. Konsulluq şöbəsinin qeydiyyatında olan 100-ə yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.

BƏƏ-də azərbaycanlı seçicilərin yüksək fəallığı qeydə alınıb

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyimizdə yaradılmış seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 50 faizi səsvermə hüququndan istifadə edib. Dubaydakı Baş Konsulluqda yerli vaxtla saat 12:00-dək 50 nəfər səs verib.

Əbu-Dabi şəhərində 78, Dubay şəhərində 197 seçici qeydiyyata alınıb.

Fransadakı vətəndaşlarımız Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində səs verir

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yerli vaxtla saat 8:00-da prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. Səfirliyin konsulluq xidmətində qeydə alınmış və bu ölkədə ezamiyyətdə olan Azərbaycan vətəndaşları səs verirlər.

Vətəndaşlarımızın azad və şəffaf səs vermələrinin təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülüb.

Səsvermə Paris vaxtı ilə saat 19-da başa çatacaq.

Belarusda səsvermə fəal şəkildə davam edir

Belarusda Azərbaycan səfirliyinin ərazisində keçirilən Azərbaycan prezidenti seçkilərində səsvermə fəal şəkildə davam edir.  Trend-in məlumatına görə, bu barədə səfirliyin müşaviri Zülfüqar Tanarverdi deyib.

O bildirib ki, seçici siyahısında cəmi 503 nəfər var: "Bu göstərici təkcə Minsk deyil, bütün region üzrədir".

Seçki məntəqəsinin bağlanmasından sonra səslər hesablanacaq və protokollar Bakıya göndəriləcək.

Azərbaycanın İtaliyadakı səfirliyində səsvermədə seçici fəallığı müşahidə edilir

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində təşkil edilmiş 17 saylı Yasamal üçüncü seçki dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, səsvermədə seçici fəallığı müşahidə edilir. Məntəqədə seçicilərin sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. İtaliya paytaxtında yaşayan, təhsil alan Azərbaycan vətəndaşları məntəqəyə gələrək öz seçimlərini edirlər.

Vyanada yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir

Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Buradakı məntəqədə qeydiyyatda olan 80 vətəndaşımızın azad, demokratik və şəffaf şəkildə səs vermələri üçün bütün şərait yaradılıb. Məntəqə zəruri avadanlıqla təmin edilib.

Trend-in məlumatına görə, məntəqə seçki komissiyasından AZƏRTAC-a bildirilib ki, məntəqədə Avstriyada və səfirliyin akkreditə olunduğu Sloveniya və Slovakiyada yaşayan, eləcə də hazırda Avstriyada ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb.

Çində səsvermə 70 faiz seçici fəallığı ilə başa çatdı

Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Çindəki səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 70 faiz seçici fəallığı ilə başa çatıb.

Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün xaricdə 41 seçki məntəqəsi yaradılıb. Azərbaycanın Pekindəki səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin 37 saylı məntəqəsi üzrə Çin Xalq Respublikasında müvəqqəti və daimi yaşayan vətəndaşlarımız, səfirliyin əməkdaşları və onların səsvermə hüququ olan ailə üzvləri, habelə qonşu Koreya Respublikası, Yaponiya və Vyetnamdan gələn seçicilər, səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Pekində olan vətəndaşlarımız səs veriblər.

Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ