Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb. Bunu Trend-ə Avropa Parlamentindən olan müşahidəçi, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası komissiyasının üzvü Kosma Zlotovski deyib.
O, bu gün hələ bir seçki məntəqəsində olduqlarını bildirib: "Biz müşahidə missiyamıza hələ yeni başlamışıq, lakin gördüklərimiz artıq yaxşı təsir bağışlayır. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb".
K.Zlotovski Azərbaycanda seçkilərin yaxşı keçəcəyinə ümid etdiyini bildirib: "Biz Bakıda və şəhərdən kənarda bir sıra məntəqələrə baş çəkməyi planlaşdırırıq".