Azərbaycanda prezident seçkiləri şəffaf şəraitdə keçir. Bunu Trend-ə Özbəkistan parlamentinin vitse-spikeri Sərvər Otamuratov deyib.
O bildirib: “Biz artıq iki saatdan çoxdur ki, seçkiləri müşahidə edirik. Proses çox demokratik şəkildə, şəffaf şəkildə davam edir. Müşahidələrimizə əsasən görürük ki, vətəndaşlar lazım bildikləri namizədə səs verib”.
S.Otamuratov Azərbaycanı uğurlu seçkilərlə bağlı təbrik edib: “Azərbaycan bizim üçün qardaş ölkədir. Biz sizin bütün islahatları dəstəkləyirik. Əsas odur ki, insanları əhval-ruhiyyəsi yaxşıdır və vətəndaşlar fəaldır”.